Qadin.NET / Moda ikonu Venessa Hudgens

Moda ikonu Venessa Hudgens

Moda ikonu Venessa Hudgens

Əziz Qadın.Netli xanımlar, sizləri bu dəfə gənc və gözəl moda ikonu Venessa Hudgen ilə tanış etmək istəyirəm. 

Vanessa  Anne Hudgens 14 dekabr 1988–ci ildə Kaliforniyada anadan olub. Venessa kiçik bacısı  Stella ilə Kalıforniyada aktirisa kimi böyüdülürlər. Venessa karyerasına reklam filimi ilə başlayır. Əslində bu rol dostunun olur, amma o  gələ bilmədiyi üçün rolu Venessaya verirlər və o karyerasının ilk  addımlarını atır. Daha sonra karyerasını teatrlarda davam etdirir, bir çox teatr səhnələrində oynayır (Evita, Carousel, The Wizard of Oz, The King & I, The Music Man, Cinderella, and Damn Yankees). Daha sonra bir neçə televiziya serialında oynayır ("Quintuplets", "Brothers Garcia"). Karyerası və özü üçün ən uğurlu rolunu 2005-ci ildə "High School Musical" filmində Zac  Efron ilə baş rolu paylaşaraq oynayır. Filmdə ağıllı və sevimli Gabriella Montez rolunu oynayır və təkcə aktrisalıq qabiliyyətini deyil, rəqs və  müğənnilik bacarığını da göstərir. 2006–ci ildə “V” adlı ilk musiqi albomunu çıxarır. Və albomunda "Say Ok" adlı mahnısının kilipinə Zac Efronla birgə çəkilir.

Moda ikonu Venessa Hudgens

Las-Veqasda bir açılışa qatılan gözəl aktirisa dəvətə sevgilisi Austin Butler ilə qatılmışdı. Venessa qısa parlaq paltarını Valentino və Cartier markalı sırğalar ilə tamamlamışdı.

Moda ikonu Venessa Hudgens

Venesa gündəlik həyatda mini şortlar, cins şalvarlar, barmaq arası sandallar, şifon ətəklər, bol köynəklər geyinərək bu  geyimlərini müxtəlif aksessuarlarla tamamlayır, bu da ona çox yaraşır.

Moda ikonu Venessa Hudgens
Moda ikonu Venessa Hudgens

Venessa idmanla məşğul olduğuna görə çox vaxt onu elə küçədə də idman geyimində görmək olur. İdman üslubu da xanıma çox gözəl yaraşır. 

Moda ikonu Venessa Hudgens

Venessa  gündəlik həyatında rahat geyimlərə üstünlük versə də, Qırmızı Xalçada tam fərqli stildə geyinir, bu da ona çox gözəl yaraşır. Uzun ziyafət geyimləriylə yanaşı Vevessaya qısa geyimlər də çox gözəl yaraşır.

Moda ikonu Venessa Hudgens

Onun saçı və makyajı da çox gözəldir. Gündəlik həyatda çox makyajdan istifadə etmir. Xanıma həm qısa, həm də uzun saç çox yaraşır.

Moda ikonu Venessa Hudgens


15 mart 2016
GO BACK