Xanımlar, sizləri daha bir dəbli bloq sahibəsi olan Karina P- lə tanış etmək istəyirəm. Uşaq yaşlarından geyimlərə, kosmetikaya böyük maraq göstərən bu xanım, 23 ildir ki dəb bloquna sahibdir. O, ABŞ-ın Çikaqo şəhərində anadan olub, amma 5 yaşından ailəsi ilə birlikdə Polşada yaşayır. Öz təvəllüdünü gizli saxlayan gözəl xanım heyvanları çox sevir, özü isə pişik saxlayır və ona xüsusi qayğı göstərir. Bu xanım tez-tez mağazalara getməyi və səyahət flimlərinə baxmağı çox xoşlayır. O, öz bloqunda mağazlardan aldığı geyimləri kombinə edərək fotoşəkillərlə yerləşdirir. Karina məşhur jurnalların birində verdiyi müsahibəsində bildirib: "Mən çox sevinirəm ki, öz geyimlərimlə bir çox insanlara komək oluram". Bu cazibədar xanım 1.66 sm boyunda, 50 kq çəkidədir.
İndi isə bloqdan seçdiyim geyimləri sizə təqdim edirəm.
Qış geyimi, papaq və şalvar eyni rəng olaraq uyğunlaşdırılıb.
Boğazlı kofta və tüklü şərfin birgə kombini.
Qara rəngli tulumunu gümüşü parıltılı pencəklə uyğunlaşdırıb.
İdman üslubu rahatlığı təmin edir.
Cinsin üzərindəki yarıqların, pudra rəngində olan şərf, babet və şalvardakı kəmərin birgə uyumu gözəl görünür.
Kofta və şalvar rənginin birgə ahəngi və həmçinin geyimə uyğun seçilmiş aksessuarlar zərifliyi ilə seçilir.
Rahatlığı sevən xanımlar üçün gözəl seçim ola bilər.
Şort geyinməyi sevən xanımlarımız üçün.