Qadin.NET / Sırma Markova

Sırma Markova

Əziz  xanımlar,  sizə  bu  dəfə  tanınmış  dəbli bloq sahibəsi Sırma Markova haqqında məlumat vermək istəyirəm. 28 yaşlı bu xanım Bolqarıstanın Sofiya şəhərində yaşayır. Sırma Marıkova həm adıyla, həm də zərif görünüşüylə diqqət çəkən bloqçudur. Bu xanımın  əsl sənəti  memardır. Təxminən iki ildir bloq yazan və stilini sevənləri ilə paylaşan Sırma, bloq yazmağa başlamadan əvvəl çox darıxdırıcı bir tərzi olduğunu qeyd edir. Bloq yaratdıqdan sonra stilinin dəyişdiyini söyləyən xanım öz həmkarlarının bloqlarını da təqib etməkdən zövq alır. Sırmanın dəyişən bir stili var. Əvvələr rəng və naxışlardan uzaq durduğunu söyləyən bloqçu indi  əsla rəng və naxışlardan qaçmır. Küçə dəbini sevən bu xanım paltarları ilə yanaşı diqqət çəkici  aksesuarlardan da çox istifadə edir. Xüsusilə gözalıcı boyunbağılardan istifadə edir. Onun hobbisi ətirdir. Sırma ətirləri çox sevir və 30-dan çox ətiri olduğunu söyləyir.

Əziz xanımlar, indi isə sizi Sirma Marikovanın stili ilə tanış etmək istəyirəm. Ümid edirəm ki, bəyənəcəksiniz.

Gördüyümüz kimi burda xanım gündəlik geyim nümunələrini nümayiş etdirir.

Sırma ilan və bəbir naxışlı şalvarlarını aksesuarlarla çox  gözəl uyğunlaşıdırb.

Sırma Markova
Sırma Markova
Burda isə xanım uzun ətək geyimlərini həm yaz, həm də payız fəslinə uyğunlaşdırıb.
Sırma Markova
Sırma Markova

Sırma çiçək naxışlı koynəklərini eynı tonlarda olan şalvarla uyğunlaşdırıb. Bu geyim gündəlik istifadə üçün rahat seçimdır.

Sırma Markova
Sırma Markova

Burda isə eyni ağ-qara zolaqlı köynəyini fərqli aksessuarlarla uyğunlaşdırıb və hər iki geyimdə çox dəblı görünür.

Sırma Markova
Sırma Markova

Xanım burda retro stil köynəkləri dəri pəncək və xəz ilə uyğunlaşdırıb.

Sırma Markova
Sırma Markova

Sırma bir çox geyim növlərindən fərqli stil yaradıb.

Sırma Markova
Sırma Markova
7 mart 2016
GO BACK