Xanımlar, sizləri məşhur dəbli bloq sahibəsi Daniela Ramirez ilə tanış etmək istəyirəm. Özünü Nani təxəllüsü ilə tanıdan bu gözəl xanım, 1988-ci ildə Venesuellada Karakas şəhərində anadan olub.
25 yaşlı bu qız uşaqlıqdan gimnastikayla məşğul olub və bir çox yarışlarda iştirak edib. O, ali təhsil almaq üçün ailəsi ilə birlikdə 2006-ci ildə Mayami şəhərinə köçüb.
Gənc qız nəhayət öz arzusunu reallaşdırmaq üçün ilk addımını atır. O, 2009-cu ildə tamamilə ispan dilində yazılmış ilk dəb bloquna başlayır- Fab Chic and Fit.
2010-cu ildə o Biznes-marketinq fakultəsini bitirdi. Elə həmin ildə işə qəbul olmaq üçün Nyu-Yorka gedir, ancaq "professional vizajist" sertifikatını almaq üçün yenidən Mayamiyə qayıtmaq məcburiyyətində qalır. Amma öz məqsədinə nail olur və 2011-ci ildə isə o artıq professional modacı olaraq öz moda mağazasını işlətməyə başlayır.
Füsunkar xanim "Nany`s Klozet " bloqunu yaradaraq öz oxucularının sayını artırır.
Xanımın ən çox istifadə etdiyi aksessuar isə geyimlərlə kombinə etdiyi eynəyidir.