Qadin.NET / Flavia Desgranges van der Linden

Flavia Desgranges van der Linden

Əziz  xanımlar,  sizə  bu  dəfə  tanınmış  dəbli bloq sahibəsi  Flavia Desgranges van der Lindenin   haqqında  məlumat vermək  istəyirəm. Flavianın 26 yaşı var  və o, Braziliyada yaşayır. Hüquq ixtisası məzunu olan bu xanım, oxudiğu  ixtisasla    heç də   əlaqəsi olmayan bir işlə, yəni moda ilə məşğul olur. 2010-ci ildə Fashion Coolture  adlı    çıxardığı bloqunun bu gün bir çox təqibçisi var. Bloqunda bol-bol fotoşəkil paylaşan Flavia, bloqunu həm portuqal, həm də ingilis dilində nəşr etdirir.Fransanı çox sevdiyi üçün post başlıqlarını fransız dilində yazır.
Rəng və naxışlardan istifadə etməyi bacarır, geyimlərində cəsarətlə eksperimentlər edə bilir. Bu  xanıma  Bohem və Vintage stilinin çox  yaraşdığını  düşünürlər.Bu xanımın  şapka  və  eynək  seçimi də  çox  maraqlıdır .Onun çox şəkillərində boyu hündür görünməyinə baxmayaraq,əslində elə də hündürboy deyildir. Bu bir daha onun paltar seçimində düzgün qərarlar verməyini sübut edir.

Gördüyümüz  kimi  Flavia  bu  paltarları  retro  stilində  geyinib  və  çox gözəl konbinə edib.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Tanınmış  dəbli bloq sahibəsi, bəbir  naxışlı  çantasını  həm  gəcə  həm də  gündüz  stilli  paltarları ilə kombinə edib.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Flavia  bu  konbinlərdə  yayın  rəngarəng  rənglərini əks  etdirib və  olduqca  dəbli  görünür.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Xanımın  uzun ətək  konnbinlərində  rənglərin  uyğunlaşması  olduqca  zövqlüdür.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Burda  isə  qısa  dəri  ətəyini,  bir  neçə  tərzdə  köynəklərlə konbinə edib.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Flavia,   uzun,  qarışıq  naxışlı  paltarları da  çox  zövqlə  konbinə edib.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Güpür  və  şifon  qarışıq açıq  rənglı  paltarlarda da  Flavia  çox  incə  görünür.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden

Gördüyünüz  kimi  xanım,  dəri  və  qarışıq  naxışlı  şalvarı da  dəri  pencəklərlə uyğunlaşdırıb.

Flavia Desgranges van der Linden
Flavia Desgranges van der Linden




13 sentyabr 2013
GO BACK