Qadin.NET / Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Bəzi gənc xanımlarımız gündəlik nə geyəcəklərini "dərd edir" və problemə çevirirlər. Təbii ki, gündəlik geyim dəbini izləmək olduqca çətin və maraqlıdır. Amma buna baxmayaraq özünüz də öz geyim tərzinizi seçə bilərsiniz..

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Gündəlik rahat geyim nümunələrindən biri qısa şort və nazik parçadan olan geniş köynəklərdir. İstəsəniz bunların üzərinə nazik bir pencək də geyinə bilərsiniz. Evdən çıxmazdan əvvəl gözlüyünüzü də unutmayın. Dabansız ayaqqabılar isə sizin daha da rahat olmağınızı təmin edəcək.

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Qarderobunuzdan qısa və nazik donları əskik etməyin. İmkan olduqca rəngbərəng donlar alın. Gündəlik bu donları geyinə bilərsiniz. Axşamüstü olanda hava sərinləşdiyi üçün bu donu nazik bir cins pencəklə də tamamlaya bilərsiniz. Sandallar sizin geyiminizə daha çox uyğundur. Çantanı isə istədyiniz kimi böyük, yaxud balaca da seçə bilərsiniz.

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Ağ-qara zolaqlı donlarvə köynəklər də gündəlik sizə kömək olacaq. Belə donları idman ayaqqabısı ilə də uyğunlaşdırıb geyinə bilərsiniz.

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Cins şalvarlar gənc xanımların çoxunun vazkeçilməzidir. Cins şalvarı gündəlik alış-verişə, gəzintiyə gedərkən rahatlıqla geyinə bilərsiniz. Cins şalvarlar tək hündürdaban ayaqqabı ilə deyil, idman tərzində olan ayaqqabı ilə də çox gözəl görünəcək.

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

İsti günlərdə açıq rəngli klassik şalvarlar da geyinə bilərsiniz. Hündürdaban ayaqqabı bu geyimi daha da vurğulayacaq.Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Fəslin ən vazkeçilməzlərindən biri isə ağ rəngli donlar ola bilər. Belə sadə donları istədiyiniz rəng aksesuar, ayaqqabı ilə uyğunlaşdırıb geyinə bilərsiniz. Belə donlar hec vaxt dəbdən düşmür.

Gənc xanımlar üçün gündəlik geyim təklifləri

Dar şalvar geyinmək istəsəniz, üzərindən nisbətən uzun və geniş köynək geyinin, belə halda daha zövqlü və gözəl görünəcəksiniz.

Həmişə dəbli və baxımlı olmaq arzusu ilə...

18 mart 2016
GO BACK