Qadin.NET / Ağ geyinməyin incəlikləri

Ağ geyinməyin incəlikləri

Ağ geyimləri necə geyəcəyinizi bilsəniz, sizi kök göstərməz. Diqqət edilməli qaydalar bunlardır. 

İlk öncə qardirobunuza, büdcənizə uyğun ağ parçalar əlavə edin və bu rəngin üzərinizdə  necə dayandığını yoxlayın. Ağ paltar alt geyimin cizgilərini çox açıq aydın bildirir. Buna görə də ya dəriniz rəngdə, ya da çox açıq ağ rəngdə alt geyimi geyinin. Naxışlı və ya güpurlu olanlardan uzaq durun.

Ağ geyinməyin incəlikləri

Ağ ayaqqabının forması çox tez pozulur və çirklənir. Bu risklə üzləşmək istəmirsinizsə, bu zaman ayaqqabının ağ rəngi bir ton tünd rənglərə çalan, və ya hər hansı bir hissəsi başqa materialdan olsa daha yaxşı olar. Ağ rəngli ayaqqabılara qızılı, gümüşü, qara rənglərdəndə əlavə edilərsə fərqli görüntüyə sahib ola bilərsiz

Ağ geyinməyin incəlikləri

Bütünlüklə ağ geyinmək yerinə, görüntünüzə təzə rənglərdə olam kəmər, çanta, eynək, pencək və ya ayaqqabı isdifadə edib geyimi  daha zövqlə tamamlaya bilərsiniz. Artıq yalnız qara dərili insanlar deyil, ağ dərililərdə ağ geyinə bilir. Makiyajınızı daha rəngli edə bilərsiz və ya aksessuarlar taxa bilərsiniz. Ağ və uyğun aksesuarlardan faydalana bilərsiniz. Qızıl zincir, halqa, ya da nazik sırqalar, ağ yaxası düz paltarla tamamlayıb, isti gecələrin  ulduzu ola bilərsiniz. Moda dünyası bu dəfə qısa paltarlar və üzərinə geyilən qısa pencəkləri gündəmə gətirdi. Bu geyimlərdə ağ rəng böyük rol oynayırdı. Ağ rəngli geyimlərə bənövşəyi, yaşıl, çəhrayı və s. rənglərlə dizayn edib, gözəl görünümə sahib olmaq olar.

Ağ geyinməyin incəlikləri

Ağ çimərlik geyimində  iki qat astar olmalıdır. Ağ sətin kimi parlaq  matriyallar istifadə etdiyinizdə isə  aksesuvarlarınızı  parıltısız rənglərdə seçin.

Ağ geyinməyin incəlikləri

Ağ yazlıq geyimləri, yazın canlı və dəbdə olan  rəngləri ilə  uyğunlaşdırıb geyinə bilərsiniz. Dizaynerlər klassik ağ köynəklərə yenidən fikir bildirdilər: Bir az qarışıq, görkəmli bir az bol ağ köynəklər, qısa paltarların üzərindən geyinə bildiyiniz kimi, qalsutuka bənzər  boyunbağı ilə   geydiyiniz geyimi tamamlaya bilərsiniz. 

Ağ geyinməyin incəlikləri
Yazda ağ cins şalvar geyinmək qədər, cəlbedici bir geyim yoxdur. Əyər ağ cins şalvarın sizi kök göstərməyindən ehtiyyat edirsinizsə, bu zaman enli ağ şalvarlardan istifadə edin. İnanın bu şalvar da ən az sizi ağ cins şalvar qədər cəlbedici və cazibədar göstərəcək. Yazda göndəlik  istifadə edilən qısa şortiklərdə  bir o qədər  gözəl görünür.
Ağ geyinməyin incəlikləri

 Bu şortiklər düzgün aksesuarlarla birlikdə dizayn edilərsə, ortaya gözəl bir geyim çıxa bilər. Bu geyimi axşam yeməyinə gedərkəndə geymək olar. Ağ rəng heç zaman  dəbdən düşmür, və hər zaman  düzgün geyilərsə fərqli görünüm əldə etmək olar. Ağ rəngi hər yaşda geymək olar.  

19 mart 2016
GO BACK