Fransız qadınları sadə və zövqlü gözəllikləri ilə tanınır.Onların sirrinə bələd olduqdan sonra, siz də gerçək bir fransız qadını kimi qəşəng və zərif görünə bilərsiniz.
Breton xətt.
Fransa deyincə, ilk ağla gələnlərdən Breton xətli üst geyimləri olur.Qələm ətək ya da düz, dar şalvarla və ya retuz ilə kombinə edə bilərsiniz.
Babet
Şəhərin içində hər yerə piyada getdikləri üçün Fransız qadınları babeti seçərlər.Həm ətəklə, həm də şalvarla rahatlıqla geyinə bilərsiniz.
Romantik güpürlər
Fransız qadınları sadə stillərini romantik güpür detallar ilə tamamlamağı sevərlər.Ancaq bunu yenə çox sadə bir tərzdə edərlər.Bəzən sadəcə güpürlü bir saç sancağı ya da cins şalvarların üzərinə geyilə bilən güpürlü kofta kimi.
Sadə stillərinə təbiilik qatmaq üçün sərin mövsümlərdə toxunma paltarları seçərlər.Toxunma paltarları seçərkən əldə hörülmüş geyimlərə üstünlük verərlər.
Bir parça xəz
Fransız qadınları xəz əleyhdarı deyillər.Xəzi sevərlər, ancaq şişirtməkdən xoşlanmadıqları üçün, kiçik detal şəklində istifadə etməyi sevərlər.
Qüsursuz qəşənglik.
Qəşəng olmağı sevərlər, ancaq bunun üçün çox məşğul olmuş görünüşü verməkdən qaçarlar.Zərif olmalarının yanında, "özünə inamlı" görünüşləri vardır.
Naxışlı qısa ətəklər.
Düz qıçlarını sərgiləmək üçün qısa ətək geyməyi sevərlər. Naxışlı qısa ətəklərini , ağ düz koftalar və babetlərlə tamamlayarlar.
Yaxalıqlar.
Yaxalıqları sevərlər.Sadə bir koftanın üzərinə taxıla bilən uşaq yaxalı aksessuarlarla qəşəngliklərini tamamlayarlar.
Düz şalvarlar
Gündəlik həyatda babet geyməyi sevdiklərindən, onunla ən yaxşı kombinə edə biləcəkləri şalvar modeli düz şalvarlar olduğundan düz şalvarları seçərlər.