Ürək formalı üz quruluşu olanlar
Ürək formalı üz quruluşuna sahib olanlar papaq seçimi mövzusunda rahat ola bilər. Yalnız alınınızı vurğulayan papaq modellərindən uzaq dayanmalısınız. Ürək formalı üz quruluşuna sahibsinizsə, alınınız geniş, çənəniz isə dardır. Tarazlığı təmin edə bilmək üçün günəş şapkaları kimi geniş sipərli papaqlardan uzaq durun. Bunun yerinə daha dar papaqları seçin. Toxunma papaqlar sizin üçün yaxşı bir seçimdir.
Yumru üz quruluşu olanlar
Yumru üz quruluşu qısa və genişdir. Buna görə də əgər yumru üzə sahibsinizsə, üzünüzə uzunluq qazandıracaq təpəsi yüksək olan papaq modellərini seçməlisiniz.
Düzbucaqlı formalı üz quruluşu olanlar
Düzbucaqlı üz uzundur. Uzun üzə sahib olanlar geniş sipərli papaqları seçməli, üzü olduğundan daha uzun göstərəcək olan təpəsi yüksək papaq modellərindən qaçmalıdır.
Oval üz quruluşu olanlar
Əgər oval üzə sahibsinizsə, özünüzü şanslı saya bilərsiniz. Hər papaq modeli sizə yaraşacaq. Tək diqqət yetirməniz lazım olan geyindiklərinizə uyğun bir model seçməkdir.
Kvadrat üz quruluşu olanlar
Kvadrat üz qısa və çənə qismi genişdir. Papaq seçərkən iti xətlərinizi yumşaldacaq modelləri seçməlisiniz.