Böyük sinəli xanımlar
Böyük sinələrə sahib olan qadınlar koftaların bu görünüşlərini daha da qabarıq edəcəyindən ehtiyat edərlər. Lakin xəfif parçalardan hazırlanan koftalar istisnadır. Kaşmir kimi yüngül və incə koftalara sadiq qalın, qalın hörgülü koftalardan uzaq durun.
Kofta seçimində yaxa modeli də əhəmiyyətlidir. Sinələrinizin daha kiçik görünməsi üçün yumru və V yaxalı koftalar seçməlisiniz. Hündür yaxalı koftalar sizə görə deyil.
Alma (kök) bədən tipinə sahib qadınlar
Alma bədən tipinə (kök) sahib qadınlar bu görünüşü vurğulayacaq olan qalın koftalardan uzaq durmalıdır.Tunik uzunluğunda və bədəni tutmayan koftaları və jiletləri seçə bilərlər. Diqqəti çiyinlərdən uzaqlaşdırıb sinəyə cəlb edən V yaxalı koftalar da yaxşı bir seçimdir.Bu tip bədən quruluşlu xanımlar, koftalarınızı tünd rəngli və kiçik naxışlı seçin.
Kişiyə xas bədənə sahib olan qadınlar
Diqqətə çarpan bədən cizgiləriniz yoxdursa, düz bir bədəniniz varsa, bədəninizə forma verəcək kofta modellərini seçməlisiniz. Qalın və büzməli koftalar sizin üçün doğru seçimdir.Üfüqi xətli koftalar da bədəninizin düz və dar görünüşünü gizlətmək üçün seçim edə biləcəyiniz bir alternativdir.
Qum saatı bədən şəklinə sahib qadınlar
Qum saatı görünüşlü bədənə sahibsinizsə, şanslısınız. Bu möcüzə görünüşünüzü çox boş olan və qalın koftaların içinə həbs etməyin. Əksinə, qum saatı görünüşünü vurğulayacaq, bədəninizə oturan koftaları seçin.Arxanızı gizlədən, kəmərli koftalar ya da arxası qurşaqlı jiletlər sizə uyğundur.
Armud bədən tipinə sahib qadınlar
Armud bədən tipinə sahib qadınlarda ağırlıq bədənin alt tərəfində toplanmışdır.Tarazlığı təmin etmək üçün çiyinlərində detalları olan, ya da dəbdəbəli yaxaya sahib koftaları seçməlisiniz.Bədəninizin üst qisminə diqqəti çəkmək üçün açıq rəngli koftalar geyinə bilərsiniz. Bol koftalardan qaçın, çünki bədəninizin qutu kimi görünməsinə səbəb olar. Bunun yerinə əyninizə tam oturan koftalar seçməlisiniz.