Qadin.NET / 30 yaşındakı gənc qadınlar necə geyinməlidir?

30 yaşındakı gənc qadınlar necə geyinməlidir?

30 yaşındakı xanımların qarderobu necə olmalıdr? Bu suala cavab axtarmaq üçün xəbəri diqqətlə oxuyun.

Təbrik edirik, gözəlliyinizin və cazibədarlığınızın zirvəsindəki yaşa gəldiniz. Artıq daha yetişkinsiniz, bədəniniz də elə... Üz və bədən cizgiləriniz də artıq uşaqscasına deyil, yalnız qadına xas cizgilər var. Gözünüzü yaşlanmaq qorxusuna dikib  kədərlənincə,  bu təəccüblü gözəlliyin dadını çıxardın!

Unutmayın, stiliniz kifayət qədər gənc olarsa əsla yaşlanmazsınız.

Cins şalvar geyinirsinizsə,tam açıq və tam tünd rənglərdə olan  nazik kəsimli  cins şalvarlar gündəlik stilinizin imtina edilməzlərindən  olsun. Kəsik pencəklər və uçan jiletlərlə stilinizi tamamlayın.Rənglərdə həmişə təzad istifadə edin.Açıq-tünd, mat-parlaq rəngli kombinasiyalarla bədəninizi şəkilləndirin.Artıq tünd rənglərdən çəkinmədən istifadə edə bilərsiniz.Seçəcəyiniz paltarı özünüzə yaraşdırdığınız müddətcə çox qəşəngsiniz deməkdir.Bir paltarı geyinərkən aksessuarları düzgün seçsəniz gözəlliyiniz daha da artacaqdır.

İş qadını paltarlarınızın çox cazibədar olduğunu bilirsinizmi?Fırfırlı paltarlar, şifon köynəklər, dekoltelər və cürbəcür dikdaban ayaqqabılar...Xüsusilə bir dənə dəri ,rəngi dikdaban ayaqqabınız mütləq olsun.

Və qara gecə paltarları...

İstər mini, istər uzun... Xüsusi bir dəvətdə uzun-uzadı nə geyəcəyinizi düşünməyinizə ehtiyac yoxdur. Qarderobunuzda bir dənə qara paltarınız mütləq olmalıdır.Bir də özünüzə yaraşdırdığınız rəngdə bir neçə paltarınız da olsun... Zümrüd yaşılı, gecə mavisi, qan qırmızı kimi...

Siz yaş-lan-ma-dı-nız!

Özünüzə bunu tez-tez xatırladın və modanı izləməkdən imtina etməyin. Bəhs etdiyimiz 30 yaşlar klassiklərinə trendlərə uyğun parçalar əlavə edin.Başdan aşağı dəbli olmaq məcburiyyətində deyilsiniz.Lakin, tamamilə də köhnə qarderobunuza bağlanıb qalmayın.Bu mükəmməl yaşların dadını çıxarın. 

3 may 2016
GO BACK