Qadin.NET / Kiara Ferragni

Kiara Ferragni

        Milanlı 25 yaşlı Kiara Ferrangi sadə geyim tərzi,gülər üzü ilə ən tanınmış dəbli bloq sahibələrindən biridir.Hazırda tələbə olmasına baxmayaraq,Kiara 2009-cu ildən özünün ''The blonde Salade'' adlı şəxsi bloqunu yaratmışdır və özünün şəxsən özünəməxsus ayaqqabı modellərini orada təqdim etməkdədir.Bu gənc qız 2011-ci ildə Kan festifalında,qırmızı xalça üzərində addımlayan ən dəbli xanımlardan olmuşdur.Dünyanın bir çox ölkələrində şaxtalı Rusiyadan tutmuş,İstanbul,Paris,Dubay,Şanxay,günəşli Mayamiyədək dünya ölkələrinə səyahət edərək,tanınmış brendlərdən olan geyimləri təqdim etmişdir.

  Bu foto Amerika səyahətində çəkilmişdir.

Kiara Ferragni

Məncə bu geyimdəki dəcəl qız stilini xatırladan köynək,çanta və ayaqqabının birləşməsiylə çox maraqlı bir obraz yaradır.

Kiara Ferragni

 Dubaydakı səyahəti zamanı çəkilən foto.

Kiara Ferragni

  Yeni il gecəsindəki stili.

Kiara Ferragni

 Əsl payız stili.

Kiara Ferragni

  Dəri geyimli maraqlı tərz. 

Kiara Ferragni

  Xəz-dəri qarışıqlı maraqlı üst geyim.

Kiara Ferragni

 Maraqlı rənglərdən qarışıq stil.Sarı don geyinməklə risk etsə də çox gözəl görünür.

Kiara Ferragni

  Kiarada bəyəndiyim bax bu fotodur.Hansı ki,hər bir gənc qızın sevdiyi geyimlərdən istifadə edir.Parkda rəfiqənizlə gəzərkən,itinizi gəzdirərkən və yaxud sadəcə təbiəti seyrə çıxarkən bu tərzlərdən yararlana bilərsiniz.

Kiara Ferragni
Kiara Ferragni

 Ən çox sevdiyim və geyindiyim qısa ətəkli cinsdən don.Mən bunu çox bəyənirəm. 

Kiara Ferragni

  Rahat və maraqlı tərzlərdən daha biri.

Kiara Ferragni

 İşgüzar xanımlar üçün ciddiliyi qədər maraqlı olan don.Burada çantanın öz xüsusu yeri var.

Kiara Ferragni

  Sadə amma göz oxşayan stil,qeyri-adi çanta.Çox gözəldir deyilmi?

Kiara Ferragni

  Mənə bu xəbəri hazırlamaqda stimul verən,qısa ətəkli,ağ don.

Kiara Ferragni

Bax belə,əziz xanımlarımız,bu çox sevdiyim və izlədiyim dəbli  bloq sahibəsi Kiara Ferragni idi.

19 mart 2013
GO BACK