Mənim bu gün sizə təqdim edəcəyim dəbli blok sahibəsi digərlərindən fərqli olacaq. Yetər ki, səbrli olasınız və tələsərək xəbərin şəkillərinə baxmayasınız. Mənim blok sahibəm dəb tendensiyasını öncədən hiss edən və özünün gətirdiyi həm qəribə, həm də gözəl cərəyan ilə digərlərindən seçilən dünyaca məşhur Fifi Lapendir.
Fifi Lapen çox böyük, hətta sizin təsəvvür edə bilməyəcəyiniz qədər böyük bir ailədə doğulmuşdur. Onun 256 bacı və qardaşı var idi. Bilirəm ki, çox təəccübləndiniz, amma təəccüblənəsi heç nə yoxdur, çünki bu gözəl blok sahibəsi dovşan ailəsində doğulub, qəfil xəstəlikdən sonra Fifi ailədə yeganə qız övladı qalıb.
Bəlkə də bəziləriniz bunu hansısa bir hekayə üçün proloq hesab edirsiniz. Amma bu – Vogue jurnalının səhifələrinə qədər gedib çıxmış qeyri-adi bir blok sahibəsi olan Fifi Lapenin tərcümeyi-halıdır. Fifi Lapenin stil bloqunun ardıcılları dəblə ayaqlaşmağı sevən və geyimlərində qadınlığı və müasirliyi qoruyub saxlayan romantik xanımlardır. Bu dəb stilinin özəlliyi minimal mətnli və maksimal illüstrasiyalı olmasıdır.
Bundan sonrası öz öhdənizə düşür. Baxın ki, siz də Fifi Lapenin stil bloqunu bəyəndinizmi?
Fifi Lapen çoxlarına tanış olan Marc Jacobs brendinə xüsusi gözəllik verir.
Bu Fifi Lapenin Mary Katrantzou brendindən nümayiş etdirdiyi geyimdir.
Sizə demişdim axı, mənim bloq sahibəm artıq Voque jurnalının səhifələrindədir, bu da sübutum.