"Mənim dəbə və stilə baxışım çox sadədir. Öz çatışmazlıqlarınızı qəbul etməlisiniz. Əgər budlarınız kökdürsə, şort geyinin. Əgər boyunuz çox hündürdürsə, platform ayaqqabıdan istifadə edin. Qoy geyiminiz sizin özünüzə inamlı olduğunuzu göstərsin".
Karla Derass
Günümüzdə stilinə diqqət yetirəcəyimiz çoxlu sayda insan və dəb haqqında yazılarla bol olan internet-portallar vardır. Amma yeni ideyalara daha çox dəbli bloggerlərin saytlarında rast gəlmək olar. Onlar əşyalara və tendensiyalara yeni baxışla nəzər salmağımıza kömək edirlər. Belə dəb bloggerlərindən biri Karla Derassdır.
Karla Derass - müğənni, rəqqasə, tələbə və... feşn-bloggerdir. O, 2008-ci ilin aprelində Karla`s Closet adlı bloqunu yaradır. Özü də etiraf edir ki, uzun müddət müxtəlif dəb bloqlarına nəzər yetiribmiş. Və onlardan ilham alaraq şəxsi dəb bloqunu yaratmaq qərarına gəlib.
Oxucular Karlanı ilk dəfə belə tanıyıblar:
Bir müddət sonra Karla saç formasını dəyişməyi qərara alır. Özünün dediyinə görə, bu addımı atmağa onu Ani Rubikin o zamankı obrazı vadar edib. Yeni saç düzümü onu tanınmayacaq dərəcədə dəyişib.
Karla bazarlarda "ova çıxmağı" çox sevir. O, unikal geyimləri alır və onları aksesuarlarla kombinə edərək öz qarderobuna daxil edir.
Karlanın dəbdəki nailiyyətlərindən bir də dizayneri olduğu klatçdır. Zəncirini açmaqla bu klatçı dəbli çantaya çevirmək olar.
"Hərdən elə olur ki, əlimə keçən geyimi geyinirəm, bəzən isə yarım saat qarderobumun qarşısında dayanıb nə geyinəcəyimi fikirləşirəm. Hamısı əhval-ruhiyyəmdən asılıdır".
Karla hazırda American Apparel və Quicksilver brendlərində stilist işləyir. Bundan başqa, müxtəlif feşn və art layihələrdə dəb məsləhətçisi kimi iştirak edir. O, gələcəkdə özünün geyim və aksesuar istehsalına başlamaq və Meksika mətbəxini təqdim edən restoran açmaq arzusundadır.