Qadin.NET / Biserli geyimləri necə uyğunlaşdırmalı?

Biserli geyimləri necə uyğunlaşdırmalı?

Biserli geyimlərin yalnız ziyafətlərə geyinilə bilinəcəyi fikri artıq geridə qalıb. Biserli paltarları rahat parçalarla kombin etməklə gündəlik həyatda geyinə bilərsiniz. Məsələn,  biserli pencəyi ağ köynək və cins şalvarla, ya da cins köynək və biserli mini ətəklə uyğunlaşdıra bilərsiniz. Belə geyimlə gün ərzində  həm qəşəng, həm rahat olacaqsınız. Eyni zamanda ayaqqabını dəyişməklə asanlıqla gecə geyiminə çevirə bilərsiniz.

Diqqətli olun

Bütün biserli geyimlərdən  eyni zamanda istifadə etmək çətindir. Əlbəttə, ola bilər ki, ortaya qəşəng uyğunlaşdırma çıxara bilərsiniz. Lakin doğru kombin edə bilmədiyiniz təqdirdə zövqsüz görünəcəyiniz qaçılmaz olacaq. Buna görə də risk etmədən gözəl və zövqlü görünmək istəyirsinizsə, o zaman ancaq tək biserli geyimdən istifadə edin.  Digər hissələr mütləq  sadə olmalıdır. Məsələn, biserli bir ətək geyirsinizsə, üst geyiminizi sadə olan geyimlərlə uyğunlaşdırın.

Biserli aksesuarlar 

Əgər biserli geyimlərin sizə yaraşmadığını düşünür, ya da risk etmək istəmirsinizsə, o zaman ondan istifadə etməyin tək bir  yolu var - biserli aksesuarlar! Məsələn, biserli çanta, ya da ayaqqabı.

Biserli aksesuarlardan gündəlik həyatınızda istifadə edəcəksinizsə, qara, gümüşü, qızılı tonlarda seçməli, gecə istifadə edəcəksinizsə, mavi, çəhrayı, qırmızı kimi daha canlı rəngdə olan biserli aksesuarları seçməlisiniz.

Elegant  cazibədarlıq

Biserli geyimləri gecə geyəcəksinizsə, ipək, məxmər,güpür kimi dəbdəbəli parçalarla birlikdə kombin edərək daha elegant bir görünüş əldə edə bilərsiniz.

Sadə aksesuarlardan istifadə edin

 Biser kifayət qədər cəlbedici olduğu üçün aksesuar seçimində də  minimal seçim etməlisiniz. Gözü yoran görünüşdən uzaq olmaq üçün böyük və parlaq  aksesuarlardan istifadə etməyin.

 Əziz xanımlar, siz necə, biserli geyimlərdən istifadə edirsinizmi?

 

23 aprel 2013
GO BACK