Qısa boylu olduğunuz üçün kədərlənməyin. Doğru geyim tərzi ilə olduğunuzdan daha hündür və xoş görünə bilərsiniz. Qısa boylu qadınlar üçün geyim təkliflərimiz ilə daha gözəl və cazibədar görünə bilərsiniz.
Paltar və şalvarlarınızda qol və balağı lazımi qədər qısaltdırın, böyük ölçülü paltar geymiş kimi görünməməyə diqqət yetirin. Gərəksiz cib, kəmər kimi eninə xətt yaradan detallardan uzaq durun. Ayaqqabıda iti burun seçin.
Diz xəttində olan ətəkləri seçin
Mümkün olduğunca şaquli detallardan istifadə edin (bunlara şalvardakı ütü xəttindən tutmuş, kirpiyinizdəki tuşa qədər hər şey daxil ola bilər). Toxunma geyimlərdə toxunması çox qalın, tüklü parçalardan istifadə etməyin. Paltarlarda dərin V yaxalardan istifadə edin. Saçlarınızda sadə, düz kəsimləri seçin. Saçınızın üst qismini yüngülcə qabardın.
Dik oturun və dik yeriyin
Geyinərkən paltar, ayaqqabı və corab da daxil olmaqla eyni rəngdən istifadə edin. Düz ayaqqabılardan qaçın, heç olmasa hündürlüyü 2-3 sm olan hündürdaban ayaqqabı geyinin. Aksesuarlarınızı boyunuzla mütənasib seçin, çox böyük olanlardan qaçın.
İndi isə keçək hündür boylu xanımlara olan geyim təkliflərimizə. Deməli, özünüzü çox hündür hiss edir və bundan məmnun deyilsinizsə, "Geydiyim yaraşmır, xoş görünmür" deyə şikayətlənirsinizsə, geyim təkliflərimizi diqqətlə oxuyun.
Əgər çox hündür görünmək istəmirsinizsə, kiçik naxışlı geyimlərdən uzaq durun. Uzun köynəklərdən istifadə edin. Çox uzun olduğunuzu düşünürsünüzsə, geyiminizdə şaquli detallardan qaçın. Mütənasiblik prinsipini unutmayın və boyunuzla mütənasib olan böyük boyunbağı və çantalardan istifadə edin.
Hündürdaban ayyaqqabılarla yanaşı, alçaqdabanlı ayyaqqabılar da geyin. Mini ətəklər yerinə, uzun ətəklər geyin. Biləkdən bağlı, ya da yumru burunlu ayaqqabılardan tərəddüdsüz istifadə edin. Başdan-aşağı tək rəngdən istifadə etməyin, onun yerinə rəng çalarları yaradın. Şalvar və qol uzunluğunun qısa olmamasına diqqət edin. Ən əhəmiyyətlisi, dik durun.
Hər zaman gözəl görünmək diləyilə...