Qadin.NET / Hansı geyimlərlə incə görünmək olar?

Hansı geyimlərlə incə görünmək olar?

Paltar və ayaqqabı seçməzdən əvvəl aynanın qarşısına keçib bədəninizi analiz edin. Boyunuz nə qədər hündür, yan hissələriniz istədiyiniz qədər incə deyilmi, beliniz qalınmı kimi suallara ən doğru cavabları öz-özünüzə cavablandırın.Bunun sayəsində özünüzə uyğun paltarlar seçərək daha incə görünə bilərsiniz.

 

 

 

Şalvar seçimi

 
Omba və yanlarınız genişdirsə çox dar və biləkdə bitən modelləri seçməyin.Dar şalvarlar daha geniş görünməyinizə səbəb olar. Çox bol şalvarlar geymək də eyni təsiri yaradacaq. Sizin üçün ən uyğun şalvarlar bədəninizə tam oturan, boru paçalı olanlardır. Beləcə ümumi görünüşünüzdə balanslı bir bütünlük yaxalayarsınız.

 

 

Bədən seçimi

 
Alış-verişə çıxdığımda arıqlayaram ya da kilo alaram düşüncəsiylə sizə kiçik ya da böyük gələn paltarları almayın. Tam bədəninizə uyğun seçimlər etsəniz olduğunuzdan daha incə ya da geniş görünməzsiniz.

 

 

Ətək seçimi

Boyunuz hündürsə və daha incə görünmək istəyirsinizsə, uzun ətəkləri seçim edə bilərsiniz. Boyunuz qısadırsa diz üstü ətəklər daha uzun görünməyinizi təmin edər.
Qıçlarınız istədiyiniz qədər incə deyilsə,uzunluğu dizin altında bitən ətəklərdən uzaq dayanmağa çalışın. Uzun ya da mini ətəklər incə görünməyinizə köməkçi olar.

 

 

Naxış seçimi

Qadınların bir çoxu bilir ki eninə naxışlı paltarlar daha geniş göstərir insanı. Bu qətiliklə doğrudur! Şaquli xəttli paltarlar daha uzun və daha incə görünməyinizi təmin edər. Naxış seçimi sinələrinizi daha böyük göstərmək üçün də təsirlidir. Paltarlarınızın sinə hissəsində geometrik naxışlar olsa sinə hissəniz daha böyük görünəcək.

 

 

Kəmər seçimi

Beliniz istədiyiniz qədər incə deyilsə qalın və geniş kəmərlər istifadə etməkdən uzaq durun. İncə və tək rəng kəmərlər daha incə görünməyinizi təmin edər. Çox incə beliniz varsa, geniş kəmərləri rahatlıqla istifadə edə bilərsiniz.

 

 

Ayaqqabı seçimi

Boyunuzu uzun, qıçlarınızı incə göstərmək istəyirsinizsə o zaman dikdaban ayaqqabı geyin.Hündürdaban ayaqqabının topuğunun incə olmasına diqqət edin.

 

Yaxa seçimi

Köynək və koftalarınızda V yaxa kəsimli olanları seçsəniz ümumi görünüşünüzdə fərq edilər bir incəlmə təmin edə bilərsiniz. Xüsusilə böyük sinələr üçün V yaxa seçimi idealdır.


Hər zaman incə və gözəl görünmək diləyilə... love

21 yanvar 2013
GO BACK