Özge Ulusoy Türkiyənin tanınmış manikenlərindən biridir.O,1982-ci il oktyabr ayının 28-də Türkiyənin Ankara şəhərində anadan olub.
Boyu-178 sm
Çəkisi-55 kq
Saç rəngi - qəhvəyi
Göz rəngi - qəhvəyi
Bədən ölçüləri-90-60-90
Ali təhsillidir,subaydır,cəmi 1 gün evli olub.Evlilik qərarını həyatının ani qərarı hesab edir.
Özge Ulusoy maniken olmaqla yanaşı, balerina və həvəskar aktrisadır.Türkiyənin bir neçə serial və filmində rol almışdır.Hətta baş rolda da çəkilib.
30 yaşında olmağına baxmayaraq,çox gənc siması var.Qızların qibtə ilə baxacağı bədən quruluşuna malikdir.
Özge Ulusoy 2003-cü ildə "Miss Turkey 2003"-ə qatılıb və bu yarışmanın ikincisi olmuşdur.Bundan sonra Panamada "Kainat gözəli" yarışmasına Türkiyə təmsilçisi kimi qatılmışdır.Həmin zaman türk model Uğurkan Erez ilə tanış olmuş və professional manikenliyə başlamışdır.Türkiyənin bir çox tanınmış modelyerlərinin geyim kolleksiyalarını nümayiş etdirib.
2003-cü ildən bu günə kimi moda həyatında böyük uğurlar əldə edib.
Gördüyünüz bu şəkillər fotosessiya zamanı çəkilən şəkillərdir.
Bu şəkildəki geyimi 1980-1990-cı illərin dəbidir. Moda illər keçdikcə təkrarlanır.Qadınlarımız da hər zaman dəblə ayaqlaşmaqdan zövq alırlar.
Bu, çox sadə, gündəlik geyinə biləcəyimiz bir geyim tərzidir.
Bu, çimərlik dəbidir.Çimərliyə getdiyimiz zaman şlyapamız hər zaman başımızda olmalıdır.Dəb xatirinə yox,günəş şüasından qorunmaq və saçlarımızı qorumaq üçün.
Bu geyimləri axşam restorana,gecə ziyafətinə getdiyimiz zaman aksesuarlarla tamamlayıb geyinmək gözəl olar.
Özge Ulusoy hər zaman zövqlə geyinir,makiyajında da heç bir zövqsüzlük olmur. Onun stilini bəyənirsinizmi?