Qadin.NET / Payız fəsli üçün bir neçə stil təklifi

Payız fəsli üçün bir neçə stil təklifi

 

Mövsüm dəyişikliyi olduqca çaşdırıcı ola bilər. Nə geyəcəyimizə  qərar verə bilmirik. Sizə payız fəsli üçün ən son dəbdə olan geyimlərlə stilinizi asanlıqla yarada bilcəyiniz təkliflər hazırladıq...Buyurun oxuyun.

Payız rəngləri 

Xardal, narıncı, qəhvəyi, şərab rəngi və bənövşəyi kimi rənglər 2012-ci ilin payızında sizi dəblə geyinmiş hala gətirəcək mükəmməl seçimlərdir.

 Rəngli şalvarlar 

Rəngli şalvarlar mövsüm keçidləri üçün əla geyimlərdir. Rəngli şalvarları köynəklərlə asan kombinə etmək olur. Boz köynək, pencək və şərab rəngli qırmızı şalvar əyninizdə çox gözəl görünəcək. Həm dikdaban, həm də düz ayaqqabılarla ideal görünüş meydana gətirəcəksiniz. 

 Çiçək naxışları 

Çiçək naxışlı paltarları və ətəkləri neytral rəngli çəkmə və ayaqqabılarla birlikdə istifadə edə bilərsiniz. Üstünüzə qısa jiletlər geyinə bilərsiniz. Çiçəkli köynəklərin də bu mövsüm dəbdə olduğunu düşünsək, qarderobunuzda belə köynəklərə daha çox yer verə bilərsiniz.

Dəri geyimlər 

Bu mövsüm hər geyimdə dəri dəbdədir - dəri pencək, dəri ətək, ya da dəri şortik. Dəri geydiyiniz zaman olduqca sadə bir kofta və ya sadə şalvardan istifadə edə bilərsiniz. Dəri aksesuarı ən yaxşı daşıyan parça növlərindən  biridir. 

Sizə payız üçün yalnız 4 təklif təqdim etdik. Qarderobunuza əlavə edəcəyiniz  bu parçalarla növbənöv kombinlər edə bilərsiniz.


29 oktyabr 2012
GO BACK