Qadin.NET / Bədənimizi tanıyaq

Bədənimizi tanıyaq

Bədənimizi tanıyaraq geyinmək çox gözəldir. "Bəs bədənimizi necə tanıyaq?" sualını verirsinizsə, buyurun!

 

1.Alma bədənli xanımlar:

Qısa və qalın boyuna sahibdirlər. Geniş çiyinləri və qalın belləri var.  Belə  qadınların sinələri geniş, beldən aşağısı dar olur.

-Boyunuzu daha uzun göstərməkdən ötrü "V yaxa" adlanan boyun hissəsindən açıq geyimlərdən istifadə edin. Unutmayın, geyimin belində də heç bir parıltı, bəzək-düzək olmamalıdır.

-Alma bədənli xanımlar kəmərli geyimlərdən uzaq durmalıdırlar.  Kəmərli geyimlər sizin belinizi daha  qalın göstərəcək.

 

 

2.Armud bədənli xanımlar:

Balaca sinələri, incə çiyinləri və bir az qalın belləri var.  Beldən aşağıları böyükdür. Dolğun ayaqları var.

-Üst bədəni qadına tam oturan, beldən sonra incələn, boşalan geyimlər tam sizə aiddir. Üst hissəsi  büzük-büzük, beldən aşağıları isə uçuşan geyimlər sizlər üçündür.

 

Bədənimizi tanıyaq

 

3.Qum saatı formasında bədəni olan xanımlar:

Dolğun sinələri, incə belləri və beldən aşağısı böyük olan qadınlardır.

-Balıq formalı geyimlər tam sizlikdir. Və beldən aşağı uçuşan geyimlər sizin üçün əla seçimdir.

 

Bədənimizi tanıyaq

 

4.Düzbucaq bədənli xanımlar:

Geniş çiyinləri,normal sinələri, normal belləri və uzun ayaqları  olur. Beldən aşağıları dar olur.

- Straplez adlanan geyim növündən istifadə etmək məsləhətdir.

-Çiyinləriniz böyük olduğuna görə geyiminizdə bəzəklərdən ancaq ətək hissəsində istifadə edin.

9 dekabr 2012
GO BACK