Qadin.NET / 20-50 yaşlı dolu xanımlara stil təklifləri

20-50 yaşlı dolu xanımlara stil təklifləri

Yaşınız neçə olursa-olsun, stiliniz mütləq olsun! Çünki baxımlı qadın hər yaşda stil sahibi olmalıdır.

  

20-50 yaşlı dolu xanımlara stil təklifləri

 

20 yaşlılara stil təklifləri

 

Əgər siz də "Bu yaş bir daha gəlməz" deyənlərdənsinizsə, üzəri tüllü, lentli kofta və kapriylə modanı yaxından izlədiyinizi göstərə bilərsiniz. Bu mövsümün digər bir  trendi  isə yenə bu yaşlardakı gənc qızlar üçün cins parçadan ətək və bir koftadır.

 

20-50 yaşlı dolu xanımlara stil təklifləri

 

30 yaşlılara stil təklifləri

 

30 yaş hər qadının ən gözəl yaşıdır. Siz də bu zamanlarınızı gözəl şəkildə keçirmək istəyirsinizsə, mütləq xarici görünüşünüzə diqqət yetirməlisiniz. Yay fəslində həm gündüz, həm də gecəyə uyğunlaşdıra biləcəyiniz, həm gənc, həm dinamik, həm də stil sahibi bir paltardan imtina etməməlisiniz.

 

20-50 yaşlı dolu xanımlara stil təklifləri

 

40 yaşlılara stil təklifləri 

Artıq 40 yaşlarınızdasınız, geridə buraxdığınız zamana görə daha sakit həyat yaşayır və stilinizi də ona görə təyin edirsiniz. Bizim də sizə bu mənada bəzi təkliflərimiz var. Əgər çox böyük bədənə sahib deyilsinizsə, ipək kofta və idman stilində bir şalvar gözəl kombinasiya olar. Əgər rahatlığa önəm verirsinizsə, cins görünüşlü kofta və pambıq parçadan şalvar da variantlar arasındadır.

 

20-50 yaşlı dolu xanımlara stil təklifləri

 

50 yaşlılara stil təklifləri

 

50 yaşına çatdıqda tərziniz klassikləşə bilər. Və ya bunun tam tərsi də ola bilər. Klassik olan tərziniz zamanla dəyişər, idman tərzində bir hal almış ola bilər.

 Əziz xanımlar, siz necə düşünürsünüz, geyim tərzini yaşa görə seçmək lazımdır, ya insanın öz istəyinə uyğun?

28 noyabr 2012
GO BACK