Qadin.NET / Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?

Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?

Tək rəng

Tək rəngdən ibarət kombin, bədəni bütün olaraq göstərir. Tək rəng kombinlər boyu qısa göstərmir və daha uzun görünməyə kömək edir. 

Yüksək bel şalvar

Qısa belli şalvar dəbi bitdi deyərkən, yenidən görünməyə başladı. İnsanı olduğundan balaca göstərən qısa belli şalvarlar, xüsusilə, boyu qısa olanlar üçün tövsiyə edilmir. Yüksək belli şalvarlara üstünlük verin.

Mini ətəklər

Mini ətəklər, ayaqları açıqda saxlayır və daha uzun görünməyə kömək edir. Dar formadakı mini ətəklər eyni təsiri göstərmir. 

V yaxa

V yaxa köynəklər boyun açıqda saxlayır və boynu uzun göstərir.

10 avqust 2020
GO BACK