2020-yə daxil olarkən parıltısı ilə yarışmaq istəyənlər üçün ən qarantili kombinlər...
İpək
İpək parçaların parıltısı, yeni il axşamı üçün ideal alternativ hesab olunur. Qara mini don və qara incə corablarla parıltılı detallarla cazibədar görünə bilərsiniz.
Disko ruhu
Bu gecədə parıltılı geyinməyib, nə vaxt geyinəcəyik? Biraz tük detalları, biraz parıltı 2020-yə iddialı girmək üçün idealdır.
Güclü qadınlar üçün kostyum
Güclü qadınlar kostyumlara üstünlük verir. Yeni il axşamı üçün ən güclü alternativlərdən biri kostyumlardır. Rəngli kostyum donlar da göz qamaşdıracaq.
Dost başa, düşmən ayağa baxar
Ayaqqabılar qadınların ən dəyərli aksesuarıdır. Yeni ilə yaraşan bir cüt parıltılı ayaqqabı ilə kombinin gücünü iki qatına çıxara bilərsiniz. Geyimdə qara rəngə üstünlük verirsinizsə, iddialı cüt ayaqqabı ilə yeni ilin ruhunu əks etdirə bilərsiniz.