Qadin.NET / Mağaza və istəklərimiz

Mağaza və istəklərimiz

Magaza və istəklərimiz

Hörmətli  oxucular və saytımızın daimi istifadəçiləri!

Sizlərin çoxsaylı xahişini nəzərə alaraq saytımızda Mağaza adlı yeni bölmə istifadəyə verildi. Bu yeni bölməni  inkişaf etdirmək üçün sizlərin də ideyaları bizim üçün önəmlidir.

Dəyərli vaxtınızdan bir neçə dəqiqə ayırmaqla aşağıdakı suallara ətraflı cavab vermənizi xahiş edirəm.

1. İnternet vasitəsilə alış veriş sizin üçün nə deməkdir və həyatınızda nə qədər önəmlidir?

2. Saytımızın mağazasında hansı malların olmasını istərdiniz?

A)     Geyim(bura bütün növ geyimlər daxildir)

B)      Kosmetika

C)      Bijuteriya

D)     Ətir

E)     Gəlinlik paltarları və aksessuarları

F)      Məişət avadanlıqları

G)     Qeyri adi suvenirlər

H)     Çanta və pul qabı

I)        Digər

3. Mağazamızda hansı ölkələrin mallarını və hansı firmaları görmək istərdiniz?

a)      Azərbaycan

b)      Türkiyə

c)       Rusiya

d)      Iran

e)      Avropa ölkələri

f)       Digər

4. Çatdırılma

a)      Təcili (TNT,DHL ilə)

b)      3 həftə müddətində (EMS ilə)

c)      Yaşayış ünvanına

d)      Yaxınlıqdakı poçt ünvanına

5. Ödəniş

a)      İnternet kart vasitəsilə əvvəlcədən

b)      Bank hesabına köçürmə yolu ilə

Internet kartın alınması haqqında:

İki curinternet kart ala bilərsiz-Adi plastik kart –Bu plastik kartı həm internet ödənişlərində həm də adi kart kimi istifadə edə bilərsiz. Bu karta nağd pul qoyub istədiyiniz vaxt pulu internet  ödəmələrində istifadə etməmisinizsə bankomatlardan geri çıxara bilərsiz.

Ayrıca İnternet kart: Bu kartlarda maqnit zolağı və PIN-kod olmadığından onlardan bankomatlar vasitəsilə nağd pul almaq və ya mağazalarda alınan malların haqqını ödəmək məqsədi ilə istifadə etmək qeyri mümkündür. Bu kartlar yalnız debet rejimində işləyir.

 

Mən İnternet kartımı belə almışam-Azərbaycan Beynəlxalq Bankına internet kartının alınması üçün müraciət etdim. 25 manat ödədim və internet kartı aldım. 25manatın 10 manatı kartın alınması üçün 15 manatı isə hesabıma qoydular.3-4 gün ərzində kartımı aldım.  Sonra paypal.com saytından bu kartla qediyyatdan keçdim. Ordan da 1.98 Dollar mənim hesabımdan tutulur və sonra istənilən saytdan istədiyim malı ala bilirəm. Hər dəfə əgər hesabınızda pul yoxdursa banka gedib pul qoyursan və sonra online ödəniş edirsən.

Bu da mənim kartım:

 

Mağaza və istəklərimiz


Əlavə olaraq təklifləriniz və fikirləriniz varsa,bölüşün smile

13 yanvar 2011
GO BACK