Qadin.NET / Alt paltarı çantası

Alt paltarı çantası

 

 

 

 Həyatınızı asanlaşdıracaq yeniliklə tanış olun

İstər çamadanınızın ən üst hissəsində yerləşdirin, istərsə də bunun üçün xüsusi bir hissə ayırın, alt paltarlarınızı çantalarınıza qoyduğunuz kimi tapa bilməzsiniz. Pozulan formaları onları köhnə göstərə bilir, ya da istifadəyə yararsız olur. İndi bunun üçün sadə,  amma olduqca işə yarayan bir çarə var. 

Tətil çamadanınızı hazırlamadan əvvəl sizə təklif etdiyimiz bu yeni məhsula bir nəzər salın. Çamadanınızı hazırlayarkən "Alt paltarlarımı necə yerləşdirim?" dərdi çəkmək artıq bitdi. Alt paltarlarınızı deformasiya olmadan, hamısını bir yerdə tapacağınız qəşəng bir çanta içərisində daşımaq istəməzsinizmi? "Həyatı asanlaşdıran çantalar" şüarı ilə çıxış edən bir firma möcüzəvi çanta istehsal edib. Alt paltar daşıma çantası haqqında əvvəllər heç eşitmişdinizmi? Bəli, artıq bu da mümkündür. Hər hansı bir səfərə çıxarkən çamadanın künclərinə sıxışdırdığımız alt paltarları həmişə qırış-qırış olurdu. Qadınların bu şikayətlərini nəzərə alaraq, geyim çantaları istehsal edilib və qadınların şikayətləri də sona yetib. Çünki bu çantada yalnız alt paltarları daşına biləcək. Beləliklə də çamadan künclərinə sıxışdırdığınız alt  paltarlarınız artıq deformasiyaya  uğramayacaq. Onu da qeyd etmək istəyirəm ki, bu çanta 100 % təbii pambıq  parçadan hazırlanır.

Alt paltarı çantası

Büsthalterlərinizin əzilmədən yerləşdirilməsi üçün xüsusi olaraq hazırlanmış yumru bölmə, zəncirbəndli və zəncirbəndsiz ciblərdən ibarət olan alt paltarı çantası sayəsində geyimləriniz əzilməyəcək.  

Çəhrayı, mavi, yaşıl və bənövşəyi rəng variantları olan alt paltarı çantalarını evinizdəki şkafların siyirmələrinə yerləşdirməklə də istifadə edə bilər, paltaryuyan maşında soyuq, ya da ilıq suda, zəif dərəcədə yuya bilərsiniz. 

 

9 mart 2013
GO BACK