Köhnə çantalarınızdan sıxıldınızsa artıq alış-veriş zamanı gəlmiş deməkdir. Özünə və bədəninə ən uyğun çantanı seçməkdə çətinlik çəkənlər üçün möcüzə bir çanta sıyahısı hazırladıq!
Bu siyahıya nəzər salmadan əsla alış-verişə çıxmayın!
Zəif bir bədənə sahibiniz?
Əgər zəif bir bədənə sahibsinizsə böyük və geniş
çantalar tam sizə görədir!
Həkim çantasına bənzəyən, qalın kənarlı çantalar zəif bədəninizə çox yaraşacaq.
Minyonsanız böyük boy çanta seçə bilərsiniz!
Bir çoxunuza çox maraqlı gələcək amma minyon qadınlar da böyük boy çantaları rahatlıqla daşıya bilərlər. Minyon bir bədənə sahib olan qadınların diqqət yetirməsi lazım olan ən əhəmiyyətli faktor, çarpaz asqılı və uzun asqılı bir çanta istifadə etməmək. Qısa asqısı olan böyük bir çanta sizə həqiqətən çox yaraşacaq.
Uzun boylusunuzsa bu çantalar tam sizə görədir!
Uzun boylu bir qadın üçün çanta çox əhəmiyyətli bir aksesuardır. Qısa asqılı, sadə, kiçik bir çanta gözəlliyinizi daha da ön plana çıxarmaq üçün kafidir!
İncə bir bədənə sahibsinizsə asqılı çantalar tam sizə görədir!
Əgər incə və zəif bir bədənə sahibsinizsə; uzun asqılı və çarpaz asqılı çantalar tam sizə görədir! Bədən tipiniz üçün ən uyğun variant olan çarpaz asqılı çantalarla bütün gözlər üzərinizdə olacaq.
Kilolarınız çoxdursa həcmsiz çantaları seçin!
Kilolu olduğunuzu düşünürsünüzsə çanta seçkisi sizin çox əhəmiyyətlidir. Qalın kənarlı, uzun və çarpaz asqılı böyük çantalar sizi olduğunuzdan daha kilolu göstərəcək. İncə və qəşəng bir çanta sizin bədəninizə çox yaraşacaq.