Qırmızı xaça hər kəsin diqqət mərkəzində olur. Mən də sizə "Kann" festivalının ən gözəl geyim nümünələrini təqdim edirəm. Gəlin, birlikdə qərar verək görək, kimin geyimi daha gözəldir.
Blake Livelynin donu həqiqətən fərqli və gözəldir.
Kristen Stevartnin geyimində nə isə çatmır.
Naomi Vatsnin geyimi tam yaz-yay ab-havasındadı.
Dautzen Kroesin geyimində qeyri-adilik yoxdur.
Anna Kendric və Castin Timberlake cüt olaraq dəyərləndirsək, çox gözəldir.
Vanessa Paradisin geyimini heç bəyənmədim. Qırmızı xalça üçün deyil.
Bella Hadidin geyimi çox gözəldir.
Kristen Dunstun ecazkar libası hər kəsi valeh etdi.
Viktoriya Bekham sanki iş görüşünə gəlib. Dizaynı özünə məxsus olan şalvarı çox diqqət çəkib.
Karoline de Maigretin geyimini də qırmızı xalçaya yaraşdırmadım.
Cessika Çastainin geyimi çox gözəldir. Rəngi, modeli, bədənə oturuşu...
Melissa Georgenin donu da çox fərqli və gözəldir.
Lili Donaldson dekoltesevərlər üçün gözəldir.
Emilia Schuelenin geyimi diqqət çəkən donlar siyahısındadır. Çox gözəldir.
Bianka Baltinin geimi qırmızı xalça üçün yaraşdı. Ancaq modelin özündə nəsə artıqdır, amma nə?
Gaia Veissin da geyimi çox sevilən oldu.
Culianna Murun iki qara kobranı təsvir edən libası çox diqqət çəkdi. Ancaq aktrisanın gözəlliyini önə çıxartmaq əvəzinə onu kölgədə qoydu.
Eva Langoria çox sevdiyim aktrisadır, ancaq ətəyini koftasından çox bəyəndim.