Qadin.NET / 64-cü "Emmy" mükafatında ulduzların geyimi

64-cü "Emmy" mükafatında ulduzların geyimi

Bu il 64-cü dəfə reallaşdırılan "Emmy" mükafatları Los-Ancelesdə keçirilən mərasimdə sahiblərinə çatdı. Qırmızı xalça üzərində əsil gözəllik yarışı yaşandı. Gecəyə damğasını vuran qırmızı xalçanın ən yaxşı geyinənlərinə gəlin birlikdə baxaq.

1. Ginnifer Godwin

Şahzadə adına layiq görülən aktrisa saflığı, gözəlliyi və zövqü ilə bizi özünə heyran etməyi bacardı. Bu diyarlarda ondan gözəli olmadığı üçün təbii ki, birinciliyi qazandı.

64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Monique L'huillier
Ayaqqabı: Chiristian Louboutin
2. Zooey Deschanel
Onun necə də şirin gülüşü var... Mavi şahzadə paltarı ilə tək əskiyi zinət əşyalarının olmamasıdır. Kim bilir, bəlkə onlar da olsaydı, bu an ikincilikdə olmazdı.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Reem Acra
3. January Jones
Zinət əşyası mövzusunda geridə qalsa da, mövsümün önə çıxan rənglərindən olan qara paltarıyla üçüncülüyü qazanıb.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Zac Posen
Ayaqqabı: Christian Louboutin
4. Heidi Klum
Onun hər zaman bir mələk olduğunu söyləyə bilərik. Bu dəfə dördüncü yerdə olsa da, onu gələcəkdə birinci yerdə görmək istəyirik.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Alexandre VAUTHİER Coutre
Zinət əşyası: Lorraine Schwartz
Ayaqqabı: Charlotte Olympia 
5. Jessica Pare
Qırmızı xalçada da necə geyinəcəyini bilən bu xanım sadə, gözəl və zərif imici ilə hər zaman öndədir.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Jason Wo
Zinət əşyası: Bulgari
Ayaqqabı: Christian Louboutin
6. Kate Mara
Sanki bir nağıldakı kimi paltarını dəyişdirməyə fürsəti olmadan gecəyə qatılmış kimi idi. Bu romantik tərziylə altıncı yeri qazandı.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Badley Mischka
7. Emily Van Cam
Zənn edirik ki, bizim kimi siz də bu nəcib gözəlliyi çox bəyənəcəksiniz.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: J.Mendel
Çanta: Judith Leiber
8. Lucy Liu 
Cəsarətinə heyran olmamaq mümkün deyil. Bir paltarı belə bacarıqla qüsursuz şəkildə daşıya bilmək hər qadının işi deyil. Uzun bir aradan sonra onu qırmızı xalçada daha çox görmək istədiyimizi ifadə edirik.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Atelier Versace
Zinət əşyaları: Lorraine Schwartz
9. Nicole Kidman
Mavi parıltılı, bəzəkli ağ paltarı və ayaqqabıları ilə bizim könüllərimizi fəth etdi.
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Antonio Berardi
10. Claire Danes
Fikirləşirik ki, hamiləlik bütün qadınlara yaraşır. Xanım paltarın kəsimi və parçalardan ustalıqla istifadə etməklə hamiləliyini gizlətməyi bacarmışdır. 
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Geyim: Lanvin
28 fevral 2014
GO BACK