2013-cü il "Qızıl Qlobus mükafatının" 70-ci təqdimolunma mərasimi keçirildi. Hər zaman olduğu kimi gecədə mükafat alanlardan çox, Hollivud ulduzlarını geyindiyi paltarlar yaddaşlarda qaldı.
Bu gecədə ulduzlar çox füsunkar görünür, sanki dəbli paltarları ilə bir-birləri ilə yarışırlar. Onlar daha çox qırmızı və ənlik tonlu rənglərə üstünlük veriblər. Gəlin ulduzların bəzilərinin paltarlarını birlikdə incələyək.
Jennifer Lawrence – Amy Adams
Hollivudun ən yüksək ulduzlarından olan Jennifer Lavrenken tərcih etdiyi paltar həm də marka üzü olduğu Dior Couturenin ən gözəl modellerindən biridir. Jennifer bu paltarı metal kəmərlə daha da gözəlləşdirib.
Amy Adams dərisiylə eyni tonlarda olan Marchesa paltarı və incə aksesuarları ilə gecənin ən zərif və incə gorünən adları arasındadır.
Gördüyümüz kimi ulduzlaın əksəriyyəti qırmızının eyni tonlarından istifadə ediblər. Marion Cotillard Diordan olan paltarını qırımızı ayaqqabılar ilə tamamlayıb.
Zooey Deschanel qabarıq Oscar de la Renta paltarını mirvarı boyunbağı ilə kombinləyib.
Claire Danes isə Versacidən olan qırmızı paltarını saçlarının təbii görnüşü ilə tamamlayıb.
Gözqamaşdırıcı paltarları ilə gəcəyə parıltı verən bu 3 ulduz qırmızı xalçanın diqqət çəkənlərindəndir. Kaley Cuoco və Jennifer Lopez Zuhair Muradın paltarlarını geyiniblər. İsla Fisher isə paltarını Reem Acradan seçmişdır.
Gecənin ən gözəllərindən olan Megan Fox Dolce Gabbana imzalı bu güpur paltarını çəhrayı qaşlı sırğaları və təbii dalğalı saçları ilə konbinləmişdir.
Jessika Alba isə gözəlliyi və narınci rəngdə olan bu paltarı ilə hər kəsi özünə heyran buraxmışdır. Bu paltar Oscar de la Rentanın usta əllərindən çıxmışdır.
Emily Blunt qızılı güpur Michael Korsdan olan paltarı ilə göz qamaşdırıcıdır. Taylor Swift tünd bənövşəyi Donna Karan paltarı ilə artıq ulduzlar sırasına yer atdığını təsdiqləyir.
Bu ulduzlar isə qırmızının tünd tonları ilə gecəni bəzəyirlər. Jennifer Garner, Vivienne Westwood imzalı paltarını sadə qızılı aksesuarlarnan tamamlayıb.
Naomi Watts bu paltarnan möhtəşəm görünür.
Stiliylə parlayan ilk ulduz Jessica Chastain və Anne Hathaway yenə fərqli seçimlər edərək seçilirlər. Mavi Calvin Klein paltarı ilə Jessica Chastain saçlarını arxaya darayaraq dekoltesini ön plana çıxarmışdır. Anne Hathaway Canel paltarı ilə gecənin ən sadə geyinənidir.