Qadin.NET / Rəngarəng toyuq şorbası(foto resept)

Rəngarəng toyuq şorbası(foto resept)

 Rəngarəng toyuq şorbası(foto resept)

Tərkibi:

Toyuq əti- 1 kq

Kartof- 3-4 ədəd

Soğan- 1 ədəd

Kök- 1 ədəd

Qabaq- 1 ədəd

Bolqar bibəri- 1 ədəd

Qırmızı lobya

Pomidor- 2 ədəd

"Best Cow" kərə yağı- 100 q

Duz-istiot

Göyərti zövqə görə

Hazırlanması:

İlk olaraq bunu qeyd etməliyəm ki, bu şorbanı biz mülti bişirmə maşınında bişiririk.

Rəngarəng toyuq şorbası(foto resept)

Toyuğu yuyub xırda-xırda doğrayıb qabın içinə düzürük.

Rəngarəng toyuq şorbası(foto resept)
Rəngarəng toyuq şorbası(foto resept)

Üzərinə soğanı xərda-xırda doğrayıb əlavə edirik.

Rəngarəng toyuq şorbası(foto resept)

Bibəri, kökü və pomidoru doğrayıb toyuğun üzərinə əlavə edirik.

Rəngarəng toyuq şorbası(foto resept)

Sonra kartof və kabak şəkildə gördüyünüz kimi doğranır əlavə olunur.

Rəngarəng toyuq şorbası(foto resept)

Əvvəlcədən bişirdiyimiz qırmızı lobyanı da əlavə edib üzərinə toyuq və ya ət bulyonu əlavə edirik.

Rəngarəng toyuq şorbası(foto resept)

30 dəqiqə bişiririk. Bişdikdən sonra üzərinə zövqünüzə uyğun göyərti əlavə edə bilərsiniz.

Rəngarəng toyuq şorbası(foto resept)
Şorbamız hazırdır.

Nuş olsun!

23 yanvar 2016
GO BACK