Qadin.NET / Ortadan ayrılmış ən yaxşı saç modelləri

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Bir neçə ildir ki, saçları yan tərəfdən ayırmaq dəbdə olsa da, bu sezonda ortadan ayrılmış saçlar təkrar məhşur oldu. Ortadan ayrılan saçlar hər zaman daha müasir və qəşəng bir görünüş sərgiləyir. Uzun, qısa, düz və ya buruq saçlarınız olsun, fəqr etməz, hər saç formasını rahatlıqla ortadan ayıra bilərsiniz.

Sizin üçün kiçik bir qeyd: saçlarınızı qüsursuz bir şəkildə ortadan ayırmaq istəyirsinizsə, darağın ucuyla iki gözünüzün ortasını mərkəz olacaq şəkildə saçınızın arxasına qədər götürün. Bu üsulla saçınızı daha simmetrik və balanslı şəkildə ayıra bilərsiniz.

Sizə məhşurlardan ilham ala biləcəyiniz ən qəşəng və gözəl ortadan ayrılmış saç modelləri təqdim edirəm...

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Uzun və dalğalı saçlarınızı ortadan ayıraraq möcüzəvi bir saç stili əldə edə bilərsiniz. Olivia Palermo kimi saçınızın ucuna doğru yüngül dalğa edə bilərsiniz. Ortadan ayırdığı sarı saçları olduqca sevimli görünür.

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Julianne Hough çiyinlərinə doğru uzanan saçlarını ortadan ayıraraq saçına çölə doğru fen çəkmişdir. Olduqca maraqlı və qəşəng olan bu saç stilini orta boy saçlarınız varsa, rahatlıqla edə bilərsiniz.

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Keira Knightlyın tünd rəng ortadan ayrılmış saşları cazibədar görünür. Saçlarını yığıb ön hissəyə dalğalı tutamlar buraxan Keiranın bu saç stilini getdiyiniz hər yerdə istifadə edə bilərsiniz.

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Ortadan ayrılmış və toz bir şəkildə yığılmış saçları Ulyana Sergeenkoya çox yaraşır. Qısa və uzun saçlarda bu modeli hər zaman rahatlıqla yığa bilərsiniz. Yüngül qabarıq olan bu saç modelinə bir pişik göz makiyajı da etsəniz, həqiqətən, möcüzəvi bir görünüşə sahib olarsınız.

Ortadan ayrılmış ən yaxşı saç modelləri

Beyoncenin ortadan ayırdığı bu saç modeli ən yaxşılardandır. Orta qisimdən çox yaxşı ayrılmış bu saç stili müğənniyə çox yaraşır. Əlavə olaraq isti göz makiyajının bu saç modeliylə daha füsunkar göründüyünü qeyd edə bilərəm.

Ortadan ayrılmış ən yaxşı saç modelləri
Cameron Diaz dağınıq etdiyi at quyruğuyla okean mavisi gözlərini yaxşıca ortaya çıxarıb. Üzü nizama salmaq üçün saçların ön qisimlərini açıq buraxan Diaz, həqiqətən, çox gözəl və sevimli görünür.
Ortadan ayrılmış ən yaxşı saç modelləri

Kendal Jenner kimi saçlarınızı ortadan ayırıb, çiyininizin bir qisminə salıb dağınıq bir hörük edə bilərsiniz. Belə bir saç modeli olduqca gözəl olduğundan gündəlik həyatınızda rahatca istifadə edə bilərsiniz.

Ortadan ayrılmış ən yaxşı saç modelləri

90-cı illərdən günümüzə geri dönüş edən ortadan ayrılmış düz fonlu saçlar hər zaman qəşəng və müasir görünür. Joan Smalls kimi siz də bu saç stilini istədiyiniz hər yerdə istifadə edə bilərsiniz.

15 may 2015
GO BACK