Dəb əslində bizə yaraşandır. Əgər geyindiyimiz paltar bizə yaraşmırsa, nə qədər son dəbə uyğun olsa da, hamı tərəfindən gülünc qarşılanacaq və biz qınaq obyektinə çevriləcəyik. Biz xanımlar əsasən toya və ziyafətlərə gedərkən daha çox düşünür, nə geyinəcəyimizə qərar verməkdə çətinlik çəkirik. Bu gün təqdim edəcəyim geyimlər ümid edirəm ki, zövqünüzcə olar.
Qeyri-adi formaya malik olan bir don.
Ağ və qısa ətək paltarları sevən xanımlar üçün gözəl seçimdir.
Bu güpürlü don da gözəldir.
Rəngi və forması gözəldir.
Qırmızı rəngi sevən xanımlar, buyurun.
Ağ rəng heç vaxt dəbdən düşmür.
Bu formada uzun ətəklər hər xanıma yaraşmır. Gərək bədən formasına görə geyim seçəsiniz.
Sadə və bir o qədər də dəbli.
Qırmızı və qara rənglərin ahəngi çox gözəl görünür.
Güpür və atlasdan hazırlanmış geyimlər bu il də dəb olacaq.
Bu donun maraqlı ətək forması var.
Sanki üzərində ağac budaqları var.
Maraqlı formaya malikdir. İncə xanımlara daha çox yaraşar.
Gözəldir, elə deyilmi?
Hər birinizə vaxtınızı ayırıb xəbəri izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm, bəyəndikləriniz oldu.