1. Seçdiyiniz məhsulların keyfiyyətinə diqqət
Seçdiyiniz məhsulun qiymətinə yox, keyfiyyətinə diqqət edin. Hər gün geyindiyiniz köynəklərin parçasına diqqət edin. Rəngi solmuş köynəklər kombinizi sönük göstərəcək. Aldığınız məhsulların keyfiyyətini diqqət edərək, uzun ömürlüyünü qoruya bilərsiniz.
2. Bədənizə uyğun şalvar kəsimi tapın
Günümüzdə fərqli şalvar modeli və kəsimi doludur. Bədən tipinizə ən uyğun olan şalvarı seçin. Düzgün seçilmiş şalvar kəsimi sizi dəbli göstərəcək. Aldığınız şalvarın ətək kəsiminə diqqət edin. Uzundursa, dərziyə getməkdə fayda var.
3. Kostyum seçərkən düzgün qərar verin
Kostyumlar hər sezon olduğu kimi, bu sezonda kişilərin ən böyük problemi olmağa davam edir. Bədənizə tam oturan kostyum tapmaqda çətinlik çəkirsinizsə, dərziyə müraciət edə bilərsiniz.