Hər bir xanım ziyafətə hazırlaşarkən istəyir ki, daha qəşəng və cəlbedici olsun!Toy olacağını eşidən kimi ilk növbədə fikirləşirik ki,nə geyinəcəm. Adi halda ziyafət paltarı tapmaq asan olur. Özüm hələ o hissləri yaşamasam da əhatəmdə olan hamilə xanımların hansısa bir ziyafətə hazırlaşdıqda çətinlik çəkdiklərini görmüşəm. Hamilə xanımlar satışda olan geyimlərə yox, daha çox dərziyə müraciət edirlər.Ona görə sizlərə hamilə xanımlarımız üçün bir neçə ziyafət paltarı modellərini təqdim edirəm. Düzdür, bəziləri çox açıqdı, lakin öz zövqünüzə uyğun əlavələr edib geyimə rəng qata bilərsiniz. Buyurun baxın.
Ağ rəngə üstünlük verənlər üçün, 3 nümunəmiz var..
Yox mən gəlinlə yarışmaq istəmirəm deyənlər üçün, çəhrayı rəngli nümunəmiz var.
Hamilə olsam da, gəlindən daha gözələm deyənlər üçün ağ rəngli və xüsusi işləmələri olan nümunə.
Qara rəng daha cəzb edicidir deyənlər üçün qara rəngli və işləmələri olan nümunə
"Sadəlik gözəllikdir." deyənlərə gəlsin.
Fərqli rəngləri sevənlər üçün 3 nümunəmiz var.
Bu da işləmələri olan geyimin fərqli rəngləri, buyurun seçin.
Gəlin, düz danışaq. Bu nümunə bir başqa gözəldir. Uzunluğunu deyim, yoxsa rəngini və formasını.
Bunun rəngi dəniz gözlü xanımlara necə də yaraşar.
İşləmələri olan donların uzun versiyası bir başqa gözəldir.
Uzun, sadə və özləri kimi fərqli rəngləri sevən qadınlara gəlsin.
"Bir geyimin ən əsası yeri yuxarı hissəsidir" deyən xanımlar, bu da sizin üçün 3 nümunə. Buyurun seçin