1. Nazik geyimlərə üstünlük verin
Qış aylarında necə qalın geyimlərə üstünlük verilirsə, yay aylarında da nazik geyimlərə üstünlük verilməlidir. Dar geyimlər qan dövranın sürətini azaltdığı üçün yayda daha boş geyimlərə üstünlük verilməlidir.
2. Açıq rəngli geyinməli
Hər mövsüm fərqli rənglər trend olur. Ancaq yay aylarında istidən qorunmaq istəyirsinizsə, açıq rəngli geyimlərə üstünlük verməlisiniz. Tünd rəngli geyimlər günəş şüalarını özünə çəkir.
3. Parça seçimi vacibdir
Yay aylarında geyim rəngləri qədər, parça növünə də diqqət etmək lazımdır. Seçdiyiniz geyim sintetik və ya polyesterdirsə, tərləməni artıra bilər. Pambıqlı geyimlərə üstünlük verməyə çalışın. Pambıqlı geyimlər təri əmərək rahat olmağınıza kömək edər.
4. Aksesuar istifadəsi
Yay aylarında eynək və şlyapalarla kombinizi tamamlamağa çalışın. Bu aksesuarlarla həm dəbli görünə bilərsiniz, həm də günəşdən qoruna bilərsiniz.