Sadə geyimlər
Sadə geyimlərdən kombin hazırlayaraq tərzinizi yaradın. Sizə yaraşan geyimlər seçin, onların sadə görünməsinə diqqət edin. Məsələn, adi pençək sizi zərif göstərə bilər.
Aksesuara fikir verin
Zərif və cəlbedici görümək istəyirsinizsə, geyimdən əlavə çanta və ayaqqabılarınıza da fikir verməlisiniz. Paltar seçimində kimi çanta və ayaqqabılarınızda da sadə seçimlərə üstünlük verməlisiniz. Adi hündürdaban ayaqqabı ilə bütün kombinizi tamamlaya bilərsiniz.
Klassik geyimlər sizi daha zərif göstərir
Sadə qara don, sizi günlük dəvətlərdə, iş toplantılarında, romantik axşam yeməyində çox zəirf göstərəcək. Bu klassik geyimləri aksesuarla tamamlamağı unutmayın.
Doğru rənglər
Qara və ağ istisna olmaqla digər rənglərdən istifadə etmək istəyirsinizsə, bu iki rənglə kombinləsəniz daha gözəl görünə bilərsiniz.
Duruşunuza fikir verin
Üstündəki geyim çox ucuz ola bilər, amma duruşunuz onu bahalı və gözəl göstərəcək. Geyimləri duruşunuzla tamamlayın.