Sadə rəngli köynəklər geyinin
Sadə və ya kiçik bəzəkli köynəkləri geyinməlisiniz. Məsələn, qara rəngli sadə köynək sizi həm zərif, həm də daha uzun göstərəcək. Qısa boylu qadınlar zolaqlı köynəklər alarkən, zolaqların yuxarıdan aşağı olmasına diqqət etməlidirlər. Bu halda daha uzun görünə bilərlər.
Dar və qısa boylu şalvarlar
Dar və qısa boylu şalvarlara üstünlük verməlisiniz. Nə qədər məntiqsiz görünsə də, yeksək belli və dar şalvar sizi uzun göstərəcək. Bol şalvarlar topuqlarınızın görünməsinə səbəb olur. Qısa və dar şalvar ilə uyğunluğu yaxalaya bilərsiniz.
Ətək və don ölçülərinə diqqət edin
Zərif görüntü üçün ətək və don ölçüləri vacibdir. Ətəyinizin üstünə geyinəcəyiniz boş və uzun köynək ayaqlarınızı qısa göstərəcək. Buna görə də geyindiyiniz köynəyi ətəyin içinə salın. Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
Uzun burun ayaqqabılar
Uzun burun ayaqqabılara üstünlük verməlisiniz. Boyunuzu uzun göstərməyə olduqca kömək edəcək. Dəri rənginizə yaxın olmayan biləkdən bağlanan ayaqqabılar boyunuzu qısa göstərəcək.
Uzun paltolar geyinin
Qış aylarında qat-qat geyinmək sizə görə deyil. Uzun paltolar sayəsində, hündürdaban geyinmədən uzun görünə bilərsiniz. Bədənizə uyğun, kiçik ciblərə sahib, uzun palto sizin üçün əla seçimdir.