Ayaqqabı seçərkən dəri rənginizə yaxın ayaqqabı seçin. Belə ayaqqabılar ayaqlarınızı daha incə və uzun göstərəcək.
İpli ayaqqabılar sizi qısa göstərə bilər.
Sizə böyük və ya kiçik olan geyimlərdən uzaq dayanın. Bədən ölçülərinizə uyğun donlar geyinməyə çalışın.
Hər zaman belinizi dik saxlayın. Dik dayanmamaq həm sağlamlıq problemləri yaradır, həm də görünüşü korlayır. Düz dayanmağı vərdişə çevirin.
Dəri rənginizi tündləşdirməyə çalışın. Tünd rəng daha incə görsənir.
Geyimlərin formasına və materialına diqqət edin. Bədən formasını incə göstərməyən geyimlərdən istifadə etməyin.