Bədənizə yapışan lasinlər
Son bir necə ildə bədənə yapışan lasinlər qadınlar tərəfindən çox istifadə olunur. Həm kombinasiya edilməsi rahatdır, həm də rahat olmağınıza kömək edir. Ancaq geyinəndə diqqətli olmaq lazımdır. Bəziləri işıığa çıdığınızda pis görüntü yarada bilir. Bu tərzinizi zədələməklə yanaşı, bayağı görünməyinizə səbəb olar. Bu səbəbdən bel nahiyyənizdə artıq çəki varsa, incə materialdan olan lasinlər geyməməlisiniz.
Qısa ətəklərin və açıq yaxalı bluzların eyni anda istifadə olunması
Təsir edici, gözəl bir görünüşə sahib olmaq daima; ayaqları sərgiləyərkən, şalvar və ya daha uzun bir ətək ilə təvəzökar bir sinə dekoltesi arasında seçim edə bilərsiniz. Bəzi vəziyyətləri xəyal gücünə buraxmağın da yaxşı fikir olduğunu düşünməyinizi tövsiyə edirik.
Heyvan dərisini xatırladan geyimlər
Artıq çəkili bir bədən tipiniz varsa, heyvan dərisini xatırladan paltarları geyinməyinizi tövsiyə etmirik. Ancaq incə bir bədənə sahibsəniz, leopar, zebr və ya ilan dərisindən yüngül bir toxunuş, bədən şəkilinizi vurğulayıb eyni anda stilinizə çəkicilik qatacaqdır.
Yapışan və düşən cinslər
Bel nahiyyənizdə yağ nisbəti çoxdursa, düşən bel cinslər geyinməyinizi tövsiyə tmirik. Eyni zamanda üst hissəniz uzun, ayaqlarınız isə qısadırsa, düşən bel cinslər yerinə yüksək bel cinslər geyinməyi tərcih etməlisiniz.
Cibsiz cinslər
Cibsiz cinslər əzələ hissələrini bildirən, olduqca cəzibədar bir görüntü yaranmasını təmin edə bilir. Ancaq bu artıq çəkili insanlar üçün keçərli deyildir.