Bel ya uzun, ya da qısa olur, ortası ümumiyyətlə yoxdur. Geyindiyiniz paltarlarla bel hissənizi uzun və ya qısa göstərə bilərsiniz. Qısa ya da uzun belə sahib olanlar dəyişik formalarda paltar geyinməli, əks halda xoş olmayan bir görüntü ilə qarşı-qarşıya qala bilirlər.
Qısa belə sahib olanlar necə geyinməli?
Əgər bu tip belə sahibsəniz bədəninizin alt hissəsi daha kiçik görünə bilər. Bu səbəblə seçəcəyiniz paltarlar bədən şəklini tarazlaşdırır. Dik, cizgili köynəklər geyinmək belinizi bir az daha aşağı salar. Ancaq burada diqqət etməli olduğunuz cizgilərin incə olmasıdır. Ayrıca bədənizi gen olan köynəkləri tərcih etsəniz belinizin uzunluğunun itməməsini təmin edərək, gözəl bir görüntü əldə edə bilərsiniz.
Qısa belə sahib olanlar nə tip paltardan uzaq dayanmalıdır?
Qısa belə sahibsəniz, kəmərdən isitfadə etməyinizi tövsiyə etmirik. Kəmərə çox ehtiyac olsa, paltarınızla eyni rəng kəmərdən istifadə edin.
Uzun belə sahib olanlar necə geyinməlidir?
Uzun belə sahib olanların tək problemləri ayaqlarının qısa görünməsidir. Əgər uzun belə sahibsəniz, aşağı hissənizin də uzun görünməsini təmin edə bilərsiniz. Ayaqqabı seçiminə ümumilikdə hündürdaban olan ayaqqabı seçməyinizdə fayda var.
Uzun belə sahib olanlar nə tip paltarlardan uzaq dayanmalıdır?
Uzun belə sahib olanlar, belin bir az yuxarısında qalan şalvarlardan istifadə etməlidirlər. Ancaq bu şalvarlar dar olmamalıdır.