Qadın saytı olduğu üçün çox zaman qadınlara aid geyim nümunələri təqdim edilir. Mən düşündüm ki, elə kişi geyimləri də bizə aiddir.) Çünki bir çox ailələrdə kişi də geyim alarkən xanımın fikrini öyrənir, xanımın zövqünə inanır. Ona görə də biz də bu sahədən məlumatlı olmalıyıq ki, kişilərimizin zövqlü geyimlərində onlara yardımçı olaq.
Gündəlik geyim nə qədər də idman üslubda rahat olsa da, klassik geyim hər zaman dəbdədir.
Klassik geyim əsasən işgüzar insanlara daha uyğundur.
Sadə və gözəl.
Bəs bu necədir?
Bəyəndinizmi xanımlar?
Mən kişilərdə səliqəli geyimə daha çox üstünlük verirəm.
Həyat yoldaşım üçün də bu tərz geyimlər seçməsini, geyinməsini təklif edirəm hər zaman.
Fikrimcə kişilərə daha çox klassik geyim yaraşır.
Rəng seçimi uyğunlaşdırılıb.
Qara hər zaman dəbdədir.
Bu jaketi də çox bəyəndim.
Sadəlik hər zaman bəyənilmişdir.
Çox bəyəndiyim geyim nümunələrindən biri.
Bu da gödəkçə.