Bir çox qadın sinələrinin böyük olmasının xəyalını qurarkən, sinə böyüklüyündən şikayətçi olan qadınları başa düşməzlər. Bəli, böyük sinələr cəlbedicidir, amma gözəl görünmələri üçün düzgün geyim seçilməlidir. Ona görə sinələrinizin böyük deyil, cazibəli görünməsi üçün sizə bəzi təkliflərimiz var.
Əvvəlcə alt geyimi seçiminizə diqqət göstərməlisiniz. Seçdiyiniz geyim sinələri daha böyük göstərməməli ya da çox basdırıb yanlardan çıxmasına səbəb olmamalıdır. Qalın asqılı, qəliblənmiş, ancaq silikonsuz seçim edə bilərsiniz.
Boynu önə çıxarmaq sinəsi böyük xanımlar üçün əhəmiyyətlidir. Dekolte, dərin "V" yaxalar sizin üçün ideal seçimdir. Dekolte istifadə etmədiyiniz mühitlər üçün "V" yaxa içinə kontrast rəngdə başqa bir parça istifadə edə bilərsiniz. Dördkünc yaxalı parçalar da sizin üçün olduqca uyğundur. Boğazlı yaxalı paltarlardan isə mümkün qədər uzaq durun.
Geyimlərinizin kəsimlərinə də diqqət etməniz lazımdır. Yanlarınızı əhatə edəcək geyimlərə diqqət etməlisiniz.
Toxunmuş paltarları çox xoşlayırsınız, amma təəssüf ki, qalın toxunmuş geyimlər sizə görə deyil. Qalın toxunmalar sizi kobud və iri göstərə bilər.
Zolaqlı, fırfırlı, böyük naxışlı geyimlərdən qaçın. Sadə modellər sizin üçün daha uyğundur.
Sinə ölçülərinizə uyğun olaraq çanta seçmək görünüşünüz üçün çox əhəmiyyətlidir. Orta boy və böyük çantalar istifadə etməlisiniz.