Səmada günəş parlasa da artıq qızıl payızın sərin havaları təbiətdə hiss olunur. Hər birimiz qardirobumuzda daha qalın geyimlərimizi axtarırıq. Kimimiz də yeni alış-verişlərə həvəslənirik. Bəs seçimi necə edək? Xəbərimə nəzər yetirin bəlkə zövqünüzə uyğun nə isə oldu..)
İş xanımları, sizin üçün gözəl bir dəst.
Bəs bu necədir?
Bütün modelyerlər bu il rəngarəngliyin dəb olacağı haqda məlumat verirlər.
Sadə və gözəl dəstdir.
Çox da qalın olmayan qırmızı gödəkçə zövqünüzü oxşayacaq.
Bu necədir, bəyəndinizmi?
Rəng uyğunluğu necədir?
Köynəyin rəngi və cins şalvar maraqlı uyğunlaşdırılıb.
Beli kəmərli bu gödəkçə incəliyinizi önə çıxaracaq.
İş xanımları, müəllimələr üçün daha uyğundur məncə.
İdman üslubunda geyinən xanımlar bu necədir?
Bu leopar gözəkçə də çox gözəldir.
Bu qızılgüllü köynək payızda yazı xatırladacaq.
Sadə və gözəl.
Rəng uyğunluğunu bəyəndinizmi?
Bu da belə, qeyri-adi bir dəst.