Gözəl və zövqlü geyinmək hər birimizin haqqıdır. Hər birimiz hər zaman gözəl görsənmək istəyirik. Lakin bəzən aldığımız geyimləri kombin edə bilmirik və nəticədə pis görüntü əldə edirik. Bu gün sizə geyim dəstləri təqdim edirəm. Bəlkə də qardirobunuzda çoxdan aldığınız geyimlər var ki, yaddan çıxıb. Onları qarşınıza qoyub maraqlı kombinlər edə bilərsiniz. Daha gözəl görünə bilərsiniz.
Bir neçə rəngin ahəngindən gözəl kombin alınıb. Daha çox sarı rəng gözə çarpır.
İş xanımları üçün ideal geyim dəsti.
Şapkanı hesab etməsək, ideal müəllim geyimi deyərdim.
Bu geyimdə poltonu bəyənmədim. Ancaq ətək və ayaqqabı bəyəndim.
Çəhrayı və göy rəngin ahəngi, gözəldir.
Mavi və bordo rəng çox bəyəndim. Güpür ətək daha çox diqqətimi çəkdi.
Ağ və qara çox qəşəngdir.
Sadə geyim dəsti.
Gənc qızlarımız üçün ideal geyim dəstidir.
Bu dəsti çox bəyəndim.
Gənc xanımlar üçün gözəl seçimdir.
Gündəlik iş geyimi dəsti rahat olmalıdır.
Qısa gözəkçə və dar şalvar. heç sevmədiyim bir dəstdir. Gənc xanımlarımız geyinə bilər bəzən. Ancaq çox zaman bədən ölçüləri düzgün Olmayan xanımlar geyindikdə xoşagəlməz hal alınır.
Qəhvəyi rəngi sevən xanımlar üçün.