Hicablı xanımlar! Artıq havalar soyuduğu üçün üst geyimlərə ehtiyac artır. Mən də sizə bir neçə nümunə göstərmək istəyirəm. Ümidvaram bəyəndikləriniz olacaq. Buyurun.
Sadəliyi sevən xanımlar üçün uyğundur.
Bu model də sadə və zərifdir,elə deyilmi?
Papaqlı modellər həmişə seçilir.
Çəhrayı rənglə qaranın birləşməsi gözəl ahəng yaradıb, deyilmi?
Bu da sevdiyim rəng konbinasiyasıdır.
Özüm hicabda kəmərdən istifadə etməyi xoşlamasam da, bəyənən xanımlarımız da az deyil.
Bu da çox xanımın imtina edə bilmədiyi leopard naxışlı bir model. Necədir?
Zümrüd yaşılı olan bu model də yaxa hissədəki detallarla daha da xoş görünür.
Qırmızı rəngi sevməsəm də,kəsimini bəyəndim.
Eyni modelin iki fərqli rəngi.
Əziz xanımlar, bu mənim ilk xəbərim oldu. Ümid edirəm razı qalarsınız. Allah imanımızı kamil etsin İnşə Allah.