Əziz xanımlar, bu dəfəki xəbərimi ziyafət geyimlərinə həsr etmişəm. Bildiyimiz kimi qarşıdan Yeni il gəlir. Tədbirə, qonaqlığa gedəndə həmişə geyim seçmək çətin olur. Hələ Yeni il gecəsindən söhbət gedirsə, bu lap problemə çevrilir. Hər birimiz bayramda yeni paltar geyinməyə üstünlük veririk. Lakin modeli tapmaq, üstəlik də qiymətinin də münasib olmasına çalışırıq. Bəzən istədiyimizi tapmadıqda modeli seçib, dərzidə tikdiririk.
Sizlərə kömək etmək məqsədilə 2015-ci ilin bəzi ziyafət donlarının nümunələrini təqdim etmək istəyirəm.
İnşəallah bəyənərsiniz.
Çəhrayı rəngi sevən gənc xanımlar üçün əla seçimdir.
Qısa modeli sevənlər üçün.
Həm rəngi, həm də dizaynı gözəldir.
Bu geyim isə həm ilin rənginə, həm də qapalı geyinməyi sevənlər üçün uyğundur.
Bu da çox gözəldir, elə deyilmi?
Bu geyimlə siz Yeni il gecəsinin şahdəzinə çevriləcəksiniz.
Gənc qızların zövqünü oxşayacaq ziyafət geyimi.
Yeni il gecəsinin parıldayan ulduzu olmaq istəməzsiniz?
Bu geyimi mən çox bəyəndim.
Opera ulduzu kimi görünmək istəyənlər üçün əla seçimdir.
Bəs bunlar necədir?
Bu geyimdə sevdiyiniz şəxs, nişanlınız və ya həyat yoldaşınız sizdən gözlərini ayıra bilməyəcək.
Bu geyimi də mən çox bəyəndim, bəs siz necə?
Həm sadə, həm də cəlbedici bir model.
İnşəallah bəyənərsiniz.