Gənc qızlarımız üçün ideal seçimdir. Əslində bu geyim ziyafətlərdən başqa xüsusi qonaqlıqlara da geyinilə bilər.
Bənövşəyi rəng və güpürdən olan bu don ziyafətdə sizin hər kəsdən seçilmənizə səbəb olacaq. Ayaqqabı və aksesuarlar da gözəl uyğunlaşdırılıb. Lakin zövqə görə ayaqqabı və çantanın rəngi müxtəlif ola bilər. Məsələn, qara rəng də gözəl və şıq görünə bilər.
Ağ və qaranın uyğunluğundan istifadə olunub. Dırnaq boyası da gözəl seçilib.
Bənövşəyi rəngi sevən xanımlar üçün uzun model.
Bu donun dizaynı çox xoşuma gəldi. İncə xanımlar bu modeldən istifadə etsə, daha yaxşı olar. Bu model dolu bədənli xanımları daha da dolu göstərər.
Balıq ətəkli bu geyimin rəngi və dizaynı gözəldir. Aksesuarlar da zövqlə seçilib. Ancaq zövqünüzə görə aksesuarlarda dəyişiklik edə bilərsiniz.
Gənc xanımlar üçün gözəl seçimdir. Əsasən son zəng və məktəb şənliklərində iştirak edərkən geyinə bilərsiniz.
Güllü geyimlər bu il dəbdədir. Bu geyim və aksesuarlar da çox gözəldir.
Qabağı qısa, arxası uzun olan bu model bu tərz geyinməyi sevənlər üçün ideal seçimdir.
Ağla qaranın ahəngindən hazırlanmış bu don çox zövqlüdür. Ayaqqabı isə gözəl seçim olub.
Qara rəng, güpür parça-ikisi bir arada çox gözəl dizayn edilib.
Özünə güvənən xanımların seçimidir.
Bu donun gözəl dizaynı var.
Mavini çox sevirəm. Bu don da çox gözəldir.
Xallı don modeli. Çox gözəldir.
Hər iki donun rəngi və dizaynı gözəldir.
İki eyni model don. Çox gözəldir.