Bu dəfəki xəbərimdə geyim və onlara uygun aksessuarlar təqdim edəcəyəm. Bəzən qadınlar gözəl geyim seçdikləri halda aksessuar seçimi ilə paltarın bütün gözəlliyini itirmiş olur. Qaşlı, bəzəkli bir geyim üçün çox sadə bir ayaqqabı, ya da çanta istifadə etmək olar. Məncə, zövqlü geyinmək üçün dəblə ayaqlaşmaq o qədər də vacib deyil.
Qırmızı rəngdə olan bu kombinənin üst hissəsi tüldən ibarətdir. Sinəsi isə qaşlarla bəzədilmişdir.
Çox gözəl geyim dəstidir.
Açıq-göy rəngdə olan bu paltarın çiyin və bel hissəsi gümüşü rəngli qaşlarla dizayn edilmişdir.
Bu stildə geyinən xanımlar üçün gözəl dəstdır.
Qara rəngli, üzəri gümüşü qaşlarla tikilmiş bu paltar incə xanımların zövqüdür.
Açıq rəngli paltarın sinəsi örtülü formadadır və qaşlarla dizayn edilib.
Ağlı, qaralı don qara aksessuarlarla uyğunlaşdırılıb, gözəl bir klassik geyim dəstidir.
Açıq-çəhrayı rəngdə olan bu gözəl don çəhrayı rəngi sevənlər üçün çox gözəl seçimdir.
Həm rəngi, həm də forması çox gözəl görünür.
Bu rəngdə olan don ağ pencək və aksessuarla uyğunlaşdırılıb.
Mavi rəngli güpürlü paltar ilə mavi rəngli ayaqqabılar çox gözəl görünür.
Qızılı rəngdə olan aksessuarlarla uyğunlaşdırılan bu don xüsusılə ziyafətlər üçündür.
Həm rəngi, həm də forması çox gözəl görünür.
Bir çiyinli don.
Uzun və qapalı geyinməyi sevən xanımlar üçün gözəl bir dəst.
Qara rəngli güpürlə əlavəli don kəmər, ayaqqabı və aksessuarlarla uyğunlaşdırılıb.
Ağ və çəhrayı rəngin uyğunluğu da göz oxşayır.
Bu dəst hər bir gənc xanımın zövqünü oxşayacaq, xüsusən gənc qızlar üçün nəzərdə tutulub.
Bu dəst də çox zərif və dəbli seçimdir.
Göy rəngli paltar ilə göy ayaqqabılar, çox gözəl seçimdir.
Qara rəngdə olan bu geyim qara aksessuarla uyğunlaşdırılıb.
Gənc qızlar bu dəsti çox bəyənəcək. Bu geyimdə onlar bir az nazlı, bir az da şıltaq görünəcəklər.