Qadin.NET / Ziyafət üçün dəst geyımlər

Ziyafət üçün dəst geyımlər

Bu gün sizə toy-nişan mərasimlərində, həmçinin, özəl dəvətlərdə geyinə biləcəyimiz bir-birindən gözəl modellər təqdim edirəm. Bu modellər hər bir zövqlü xanımın seçimi ola bilər. Paltar seçimləri ilə yanaşı onlarla kombinə edə biləcəyiniz ayaqqabı, aksessuarlar, dırnaq boyaları da var. Paltarların ən çox rəngarəng olması ilə diqqəti cəlb edir. Bu ilin dəbi tünd çəhrayı, qara-gümüşü, tünd mavi və s. rənglərdir. Bu kombinlər istədiyiniz modeli seçməkdə sizə kömək olacaq. 

Ziyafət  üçün dəst  geyımlər
Qırmızı rəngdə olan bu gözəl dəstin üst hissəsi şifon parçadan ibarətdir. Sinəsi isə qaşlarla bəzədilmişdir. 
Ziyafət  üçün dəst  geyımlər
Paltarın sinəsi ürək formasındadır, üstü isə naxışlı tüldən ibarətdir. Çox gözəl görünür.
Ziyafət  üçün dəst  geyımlər
Açıq rəngli bir çiyinli paltarın fərqli görünüşü var, elə bil iki don geyinilib. Amma bir geyimdir.
Ziyafət  üçün dəst  geyımlər
Nişan mərasimlərində, həmçinin, özəl dəvətlərdə geyinə biləcəyimiz bir libas, çox gözəldir.
Ziyafət  üçün dəst  geyımlər
Bu dəst hər bir xanımın zövqünü oxşayacaq, xüsusən də, gənc qızlar üçün nəzərdə tutulub. 
Ziyafət  üçün dəst  geyımlər
Bir çiyinli  qırmızı rəngli paltar.  
Ziyafət  üçün dəst  geyımlər
Açıq-bənövşəyi rəngdə bir çiynli olan paltar. Balaca çanta və incə aksessuarla çox gözəl görünər. 
Ziyafət  üçün dəst  geyımlər
Qara rəngli, dekolte hissəsi gümüşü qaşlarla tikilmiş bu paltar incə xanımların zövqüdür. 
Ziyafət  üçün dəst  geyımlər
Həm rəngi, həm də forması çox gözəl görünür. Atlas parçadan hazırlanıb.
Ziyafət  üçün dəst  geyımlər
Bu tonda geyim, çox incə və zərif görünüşə malikdir.
Ziyafət  üçün dəst  geyımlər
Paltarların çoxunda sinə qaşlı olduğu üçün aksessuar seçimində diqqətli olmaq lazımdır. Əsas da boyunbağı seçimində.
Ziyafət  üçün dəst  geyımlər
Bir çiyinli olsa da, həm rəngi, həm də forması çox gözəl görünür, üst hissəsi güpürdur. Atlas parçadan hazırlanıb.
Bu paltarı da nişanda geyinmək olar. 
Ziyafət  üçün dəst  geyımlər
Qara rəngli don zərli parça ilə çiyin və kəmər edilib, sırğa, çanta, ayaqqabı, bilərzik və eynəklə dəst edilmişdir.
Ziyafət  üçün dəst  geyımlər
Açıq-çəhrayı rəngdə olan bu gözəl donu nişanı olan xanımlar da seçə bilər. 
Ziyafət  üçün dəst  geyımlər
Göy rəngdə olan paltarın sinəsi yenə də bu ilin dəbi olan güpürlə örtülmüşdür. Balaca ağ çanta və ayaqqabı göy bilərziklə çox gözəl görünər.
Ziyafət  üçün dəst  geyımlər
Açıq-mavi rəngdə olan üzəri gümüşü qaşlarla tikilmiş bu paltar incə xanımların zövqüdür. 
Ziyafət  üçün dəst  geyımlər
Qara don, üst hissəsi ağ rəngdə, qaşlı ayaqqabı, qolbaq və iki rəngli çanta gözəl görünür.
Ziyafət  üçün dəst  geyımlər
Bu geyim də atlas parçadan hazırlanıb, yaxası isə assimetrik biçimlidir. 
Ziyafət  üçün dəst  geyımlər
Gənc xanımlar üçün super geyim dəstidir.
12 avqust 2014
GO BACK