Qadin.NET / Dəbli geyimlər

Dəbli geyimlər

Dəb dedikdə nə başa düşürük? Dəb hər il dünyaca məşhur modelyerlərin bizlərə təqdim etdiyi geyim və aksessuarlardır. Ancaq bu o demək deyil ki, dəbdir deyə yaraşmasa da, biz bunu geyinməliyik. Biz qadınlar hər zaman dəb haqqında araşdırmalar aparmalı, sonda isə bizə, bədən ölçülərimizə görə bizlərə yaraşan geyimi seçməliyik. Bildiyiniz kimi, bir neçə vücud quruluşu var və buna görə də hər kəsə eyni geyim yaraşmaz. Buna görə də geyim almazdan əvvəl bu işin peşəkarı ilə məsləhətləşmək lazımdır. Əslində öz bədən quruluşumuzu özümüzdən yaxşı heç kim bilmədiyi üçün ən yaxşı məsləhətçi elə biz özümüz ola bilərik. Gəlin, geyim seçərkən yanılmayaq və bizə yaraşana üstünlük verək. Bunun üçün bu gün mən sizə bir neçə geyim nümayiş etdirmək istəyirəm. Ümid edirəm ki, bəyənəcəksiniz.

Dəbli geyimlər
Bu il yay mövsümünün vaz keçilməzi rəngarəng, güllü şalvarlar. Daha çox gənc xanımlar üçün nəzərdə tutulub.
Bu geyimin rəngi və dizaynı çox gözəldir.
Dəbli geyimlər
Yay da olsa, bəzən sərin gecələr hökm sürür və belə gecələrdə geyinə biləcəyiniz yay pencəyi.
Ağla mavinin ahəngi çox gözəldir. Donun dizaynı da maraqlıdır.
Tüldən olan bu don sizi isti yay günlərində sərin saxlayacaq.
Dəbli geyimlər
Bu yay qısa şortlar da dəbdədir.
Dəbli geyimlər
Güpürdən olan bu donun rəngi də gözəldir.
Dəbli geyimlər
Alov rəngli bu geyim sizi ziyafətlərin ən cazibədar xanımı edəcək.
Dəbli geyimlər
Gənc qızlarımızı şahzadə kimi göstərəcək bir geyim.
Dəbli geyimlər
Bu gözəl ziyafət geyiminin üzərində svarovski daşlarla işləmələr olduğu üçün siz artıq aksessuara ehtiyac duymayacaqsınız.
Dəbli geyimlər
Dənizçi geyimini xatırladan bu ətək çox gözəldir.
Dəbli geyimlər
Leopar naxışlı bu geyim gənc xanımlarımız üçün ideal seçimdir.
Dəbli geyimlər
Sarı rəngi sevən xanımlar üçün şad xəbər: bu il sarı da dəbdədir.
28 iyun 2014
GO BACK